- Bazar təhlilinin aparılması, yeni tədarükçü şirkətlərin araşdırılması və qeydiyyatının həyata keçirilməsi;
- Tədarükçü şirkətlərdən rəqabətcil qiymət təkliflərinin alınması və müqayisəsi;
- Daxil olan sorğuların təhlil edilməsi, müvafiq şirkətlərə yönləndirilməsi və statusu barədə gündəlik olaraq rəhbər şəxsə məlumat verilməsi;
- Prosedurun tələblərinə uyğun olaraq satınalmanın həyata keçirilməsi;
- Satınalma prosesi boyunca müvafiq şirkətlərlə danışıqların aparılması və prosesin izlənməsi;
- Aparılan əməliyyatların mütəmadi olaraq reyestrini aparmaq və rəhbər şəxsə hesabat vermək;
- Satınalma həyata keçirildikdən sonra tələb edilən sənədləşmə prosesini başa çatdırmaq;
- Satınalma prosesinin düzgün həyata keçirilməsi üçün digər əlaqəli strukturlarla (Maliyyə, mühasibatlıq, hüquq, logistika, anbar) yaxından işlənilməsi.
Namizədə tələblər:- Ali Təhsil;
- Bank sektorunda ən azı 1 il iş təcrübəsi;
- Daxili bazar üzrə biliklər;
- Dil tələbləri: Azərbaycan, İngilis, Rus dili;
- MS Office proqramları (Excell, Word) ilə işləmək bacarığı;
- Analitik düşüncə bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
- Tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı.