Vəzifə funksiyaları:
- Daxili və xarici bazarların araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi;
- Tələblər əsasında potensial mal və xidmət təchizatçılarının araşdırılması;
- Xarici təchizat şirkətləri ilə danışıqların aparılması
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Sənəd dövriyyəsinin düzgün və operativ təşkili;
- Alınacaq malların keyfiyət və spesifikasiyalarının uyğunluğunu son istifadəçi ilə razılaşdırmaq;
- Yeni tədarükçülər ilə xidmət və alışa əsasən müqavilələrin hazırlanmasını təmin etmək;
- Xarici satınalmalar zamanı gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsi;
- E-gov.az portalı vasitəsi ilə idxal əməliyyatlarına nəzarət;
- Alınan malların qəbulu və düzgünlüyünə nəzarət;
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması;
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili , Rus dili, İngilis dili
- Təchizat ilə bağlı hüquqi-normativ sənədlər haqqıda məlumat
- Komanda ilə işləmək bacarığı
- Effektiv ünsiyyət,çeviklilik,məsuliyyətlilik, intizamlıq
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
İş Şəraiti:
- İş qrafiki: 5 gün (şənbə, bazar istirahət günü)
- Nahar şirkət tərəfindən təmin olunur
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!