Təchizatçı

Təchizatçı

SUPERFON
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    03 noyabr 2020

  • Bitmə tarixi

    03 dekabr 2020

Diqqət!

Bu elanın vaxtı bitib. Satınalma üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir.

Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.


Vəzifə: Təchizatçı
İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

- Sifariş və xidmət tələbnamələri qəbulu və qeydiyyatı;
- Sifariş edilən məhsulların stok və alternativlərinin mövcudluğunu yoxlamaq;
- Sifariş tələbnamələri üzrə təchizatçı şirkədən qiymət təklifləri (RFI/ RFP/ RFQ) almaq, çatdırılma və digər şərtlərlə bağlı danışıqlar aparmaq;
- Seçilmiş təklif əsasında Alış Sifarişi (PO) yaratmaq, təsdiq etmək və müvafiq sənədlərlə birlikdə Maliyyə şöbəsinə təqdim etmək;
- Hesab faktura (Invoice) ilə Satınalma Sifarişini (PO) üzləşdirmək və çatışmazlıqların aradan qaldırılmaq;
- Nağd vəsait olaraq təcili alışlar və xidmətlər üçün ayrılmış məbləğin istifadəyə uyğun hesabatını Maliyyə şöbəsinə təqdim etmək;


Namizədə tələblər:

Tələblər:

- İş təcrübəsi: Minimum 2 il
- Təhsil: Ali təhsil
- Yaş həddi: 25 və ya üzəri

- MS Office paketi , 1C proqramlarında işləmək bacarığı üstünlükdür;
- Təchizat planlanması prosesini və müqavilələrin hazırlanmasını bilmək;
- Logistika və satınalma qaydalarını bilmək;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Qanunvericliyin tələb etdiyi formada işəqəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını - “Təchizatçı” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar. Son müraciət tarixi 03.12.2020

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox