Təcrübə proqramı

Təcrübə proqramı

Aladdin Holding
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Rəqəmsal marketinq

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Təcrübəçi

  • Təhsil

    Natamam ali

  • Yerləşmə tarixi

    16 sentyabr 2024

  • Bitmə tarixi

    26 oktyabr 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Təcrübə proqramı vakansiyaları üçün bura keçid edin!

Aladdin Holding Azərbaycan bazarında öncül şirkətlərdən biridir və müxtəlif biznes sahələrində genişmiqyaslı fəaliyyət göstərir. Şirkət olaraq, texnologiya, innovasiya və korporativ həllərə böyük diqqət ayırırıq. Aladdin Holding tərkibində Aladdin Agency və X Academy kimi layihələr də fəaliyyət göstərir. İndi biz, dinamik komandamıza aşağıdakı vakansiyalar üzrə təcrübə keçmək üçün motivasiyalı gənc mütəxəssislər axtarırıq.

Proqramın tərkibi və öhdəliklər:

  1. Menecer: Komanda idarəçiliyi, layihə hədəflərinin müəyyənləşdirilməsi və uğurla icra edilməsi. Şirkətin ümumi məqsədlərinə uyğun olaraq strategiyaların hazırlanması və həyata keçirilməsi.

  2. Dizayner: Kreativ vizualların və qrafik dizaynların hazırlanması. Sosial media, vebsaytlar və digər marketinq materiallarının dizayn edilməsi və korporativ imicin gücləndirilməsi.

  3. SMM (Content Creator, CopyWriter): Sosial media üçün kontentlərin yaradılması, kreativ postlar və mətnlərin yazılması. Müasir trendlərdən xəbərdar olaraq, brendin sosial media platformalarında inkişaf etdirilməsi.

  4. Kreditor: Müştərilərə kredit məhsulları üzrə məsləhətlər vermək, kredit təklifləri hazırlamaq, ödəniş planlarını izləmək və kredit risklərini qiymətləndirmək.

  5. Mobiloqrafiya: Gündəlik çəkilişlər üçün kreativ ideyaların hazırlanması, video çəkilişi və montaj prosesinin idarə edilməsi. "Capcut" və ya "Adobe Premiere Pro" kimi proqramlarda montaj işləri aparılması.

  6. Project Manager: Layihələrin icrasına nəzarət, resursların idarə edilməsi, layihə müddətində tərəflər arasında koordinasiya işlərinin təşkil edilməsi və layihənin vaxtında tamamlanması üçün məsuliyyət daşımaq.

  7. Vebsayt İnteqrasiyası: Şirkətin mövcud vebsaytına müxtəlif sistem və funksionallıqların inteqrasiyasında dəstək göstərmək, texniki dəstək komandası ilə əməkdaşlıq etmək.

  8. Korporativ Satış: Korporativ satışın idarə edilməsi, müştəri bazasının genişləndirilməsi və böyük müştərilərlə əməkdaşlıq əlaqələrinin qurulması.

Namizəddən tələblər:

  • Marketinq, dizayn, menecment, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahədə təhsil;
  • Güclü analitik düşünmə bacarıqları və problem həll etmə qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Müvafiq vakansiya üzrə bilik və təcrübəyə malik olmaq (mövcud sahəyə uyğun bacarıqların olması);
  • İngilis dili bilikləri üstünlükdür.

Təcrübə proqramının müddəti və şərtləri:

  • Müddət: 3 ay;
  • İş qrafiki: Həftədə 5 gün, yarımştat iş günü əsasında;
  • Təcrübə ödənişsizdir.

Xüsusi imkanlar:

  • Təcrübəçilərimiz X Academy-nin istənilən təlimlərində iştirak etmək imkanı qazanacaqlar.
  • Müvəffəqiyyətli namizədlər təcrübə proqramının sonunda iş imkanı qazanacaqlar.

Müraciət üçün: Motivasiya məktubunuz və CV-nizi info@aladdin.sale elektron poçt ünvanına göndərin. Mövzu hissəsinə qoşulmaq istədiyiniz təcrübə proqramının adını və "təcrübə proqramı" yazmağı unutmayın. (Məsələn: "Vebsayt İnteqrasiyası təcrübə proqramı").

Elan #855567

  • 5918

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox