Bakı
Digər
Razılaşma ilə
Tam-ştat
19 dekabr 2021
18 yanvar 2022
Rabitəbank ASC Təhlükəsizlik şöbəsinə mütəxəssis və baş mütəxəssis vakansiyaları üzrə işə qəbul elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
· Bankın baş ofisi və filiallarda quraşdırılmış videonəzarət sistemi vasitəsi ilə struktur bölmələr üzrə monitorinqin aparılması və aşkar olunan hadisələr üzrə rəhbərliyə hesabatın verilməsi, müvafiq tədbirlərin görülməsi;
· Bankın baş ofisi və filiallarında quraşdırılmış mühafizə-yanğın siqnalizasiya monitorinq sistemi vasitəsi ilə struktur bölmələrdə quraşdırılmış mühafizə-yanğın sistemlərindən daxil olan siqnalların təhlili və müvafiq tədbirlərin həyata keçirilməsi;
· Bankın baş ofisi və filiallarında quraşdırılmış videonəzarət sistemi vasitəsi ilə inkassasiya prosesinə nəzarətin həyata keçirilməsi və aşkar olunan kənarlaşmalar barədə məlumatların təqdim edilməsi;
· Quraşdırılmış monitorinq sistemi vasitəsi ilə ATM-lərdə quraşdırılmış təhlükəsizlik sistemlərindən daxil olan siqnalların təhlili və aşkar olunan hadisələr üzrə müvafiq tədbirlərin görülməsi;
· Quraşdırılmış videonəzarət, mühafizə-yanğın və nəzarət-buraxılış sistemləri vasitəsi ilə inzibati binanın mühafizəsinin təşkili;
· Giriş-çıxış postlarında müvafiq sənədləşmə və təlimatlar əsasında işçilərin, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin inzibati binaya, o cümlədən əraziyə daxil olmasına və çıxışına nəzarət işinin təşkili;
· Bankın baş ofisində və filiallarında quraşdırılmış videonəzarət sistemi və nəzarət-buraxılış sistemləri vasitəsi ilə Bankın perimetrində və daxilində baş verən hadisələrə nəzarət;
· Fövqəladə hallar zamanı Baş ofis və filiallarda əməkdaşların və qiymətlilərin müvafiq qaydada evakuasiyasının təşkil edlməsi və nəzarət.
· Rəhbərliyin tapşırıqlarına əsasən fəaliyyət prosesində meydana çıxan digər funksiyaları yerinə yetirmək.
Namizədə tələblər:Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
MS Office proqramlarından istifadə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində
“Təhlükəsizlik şöbəsinin mütəxəssisi və baş mütəxəssisi ” yazmağınız xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.