Diqqət! Bu elanın vaxtı bitib. Tələbələrlə iş üzrə administrator vakansiyaları üçün bura daxil olun.
Elan № 6768
Tələbələrlə iş üzrə administrator vakansiyaları
Tələbələrlə iş üzrə administrator vakansiyaları
07 Sentyabr 2021
Elan tarixi
07 Oktyabr 2021
Bitmə tarixi
4260
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Vəzifə öhdəlikləri:
• Yeni tələbələrin dərslərə başlama prosesini idarə etmək (qrafikin seçilməsi, dərs planının tərtib edilməsi)
• Cari tələbələrin tərəqqisini idarə etmək (gündəlik zənglər və tələbələr ilə görüşlər, CRM sistemi ilə işləmək)
• Təlimlər üzrə post-satış üzrə planı yerinə yetirmək (əsas kursların uzadılması və cari tələbələr tərəfindən əlavə kursların alınması və s.)
• Pul vəsaitlərinin qaytarılmasının qarşısının alınması üzrə etirazlar ilə işləmək
• Şirkətin keçirdiyi tədbirlər, aksiyalar, xüsusi təkliflər və endirimlər haqqında müştərilərin məlumatlandırılması
• Plan göstəricilərinin yerinə yetirilməsi
• Yüksək səviyyəli müştəri xidmətlərinin göstərilməsi
• Tələbələri ilə ünsiyyət qurmaq (yazışmaların aparılması, messencerlər və s.)
• Komanda işi üçün məktəbin kollektivi ilə ünsiyyət qurmaq (müəllimlər, satış üzrə məsləhətçilər, metodistlər)
• Auditoriyaların məşğələlərə hazırlanması, kabinetlərdə nizam-intizamın saxlanılması
• Müəllimlər üçün çap materiallarının hazırlanması və çap materiallarının sistemləşdirilməsi
• Hüquqi və maliyyə sənədlərinin rəsmiləşdirilməsi (müqavilələr, hesablar və s.)
• Məhsulumuzu təşviq edən müxtəlif marketinq fəaliyyətləri və kampaniyalarda iştirak
• Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edir, müəllimlər arasında saxlanılmasını, bölüşdürülməsini və sadalanan dəyərlərdən səmərəli istifadəsini təmin edir;
• Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar cavablandırılması;
• Potensial müştərilərin cəlb edilməsi üçün telefon zənglərinin edilməsi;
• Müştərilərin təhsil məhsulları barədə istəklərinə uyğun olaraq düzgün seçim etməkdə köməklik göstərilməsi;
• Təhsil məhsullunun və müştəri haqqında olan informasiyanın və məlumatların müvafiq baza sisteminə daxil edilməsi;
• Həftəlik, aylıq, rüblük hesabatları təqdim etmək;
• Komanda ilə aktiv əməkdaşlıq etmək və Şirkətin fəaliyyətlərində yaxından iştirak etmək;
Şərtlər:
• Ödəniş: əmək haqqı+ işin nəticələrinə görə bonuslar
• Rahat yerdə yerləşən rahat ofis. Laptop ilə təchiz olunmuş iş yeri;
• İş qrafiki fərdi qaydada müəyyən edilir (3 növbə- 9:00-18:00; 10:00-19:00; 13:00-22:00) (bəzi hallarda işə daha tez gəlmək və işdən gec getmək lazım ola bilər ).
• İş qrafiki 6 gün, 1 gün istirahət
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
• Əmək haqqı fərdi olaraq müzakirə olunur.
• İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
NamİZƏDƏ TƏLƏBLƏR
• Yüksək IQ səviyyəsi və dünyagörüşü olan, məqsədyönlü, inkişaf etmək arzusunda olan;
• Əla kommunikator, insanlar ilə ünsiyyət qurmağı sevən;
• Potensial müştəriləri əsl müştərilərə çevirməyi bacaran peşəkar;
• MS Office (Word, Excel) proqramları üzrə biliklər
• Ali təhsil müəssisəsinin məzunu olmaq;
• Məsuliyyətli, öz iş vaxtını müstəqil idarə edə bilən;
• Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi.
• Azərbaycan dilində səlist danışan/yazan (rus və ingilis dili bilikləri olanlara üstünlük verilir);
• Ciddi, səbirli, xoş görünüşlü və komanda halında işləməyi bacarmalı, intizamlı və işinə qarşı məsuliyyətli olmalı; Yüksək təşkilatçılıq bacarığı;
Müraciət qaydası: info@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “HELLOJOB TƏLƏBƏLƏRLƏ İŞ ÜZRƏ ADMİNİSTRATOR” yazıb CV göndərməklə müraciət edilir.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!
OXŞar vakansİYALAR
Ofis işçisi
Global Group MMC

Kateqoriya meneceri
ABV

Əməliyyat üzrə menecer müavini
PASHA Malls

Mağaza müdiri (Olivia)
Kontakt Home

Sığorta üzrə Mütəxəssis
Atəşgah Sığorta Şirkəti

İcraçı köməkçi
PASHA Malls

Kassir - part time (Olivia -Kosmetika və baxım)
Kontakt Home
MEP Mühəndis
ASVENT MMC

Biznes Proseslərin Optimallaşdırılması üzrə Şöbə Rəhbəri
PASHA Insurance

Müsahibəçi - Anketyor
ask group

Boyaçı
Ak Vent GROUP MMC

Fəhlə- Olivia (Kosmetika və baxım)
Kontakt Home
Resepşn
ENCOM Construction QSC
Ofis meneceri / Receptionist
Unicons

Ərazi Servis Nümayəndəsi
Park Plyus MMC

Problemli kreditlər üzrə müfəttiş
Kontakt Home
Elan № 6768
Tələbələrlə iş üzrə administrator vakansiyaları
Tələbələrlə iş üzrə administrator vakansiyaları
07 Sentyabr 2021
Elan tarixi
07 Oktyabr 2021
Bitmə tarixi
4260
Baxılıb