- Bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zənglər etmək;
- Mesajlara cavab vermək
- Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
- Müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və yeni təkliflər yaratmaq;
- Müştəri etirazları və bəhanələri ilə işləmək və bu etirazların həlli zamanı ortaya çıxan problemləri həll etmə bacarığı
- Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması.
- Nömrə bazası çox olmadığı üçün kursa gələn tələbələrin qeydiyyatını aparıb onlarla əlaqədə olmaq. (ofis meneceri)
- İş saatı: Həftə içi 5 gün Saat: 12:00-21:00. Şənbə günü 11:00-14:00. 1 saat Nahar fasiləsi verilir. Bazar istirahət günü.
- İş saatı namizədin vaxtına uyğun olaraq cüzi dəyişdirilə bilər
- Əmək haqqından əlavə iş performansından asılı olaraq bonus verilir.
Namizəddən gözlədiyimiz tələblər:
- 21-29 yaş aralığında məsuliyyətli xanım namizədlər;
- Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür);
- Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
- Ünsiyyət və inandırma bacarığının olması;
- Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq;
- Dizayn sahəsi üzrə məlumatlı olmaq (kurs təcrübəsi üstünlükdür)
- Satış təlimlərindən alınan sertifikat üstünlükdür
Yuxarıdakı bəndlərə uyğun olan namizədlər CV-lərini info@biatoms.edu.az emailinə göndərə bilərlər.