Telemarketinq üzrə kiçik mütəxəssis

Telemarketinq üzrə kiçik mütəxəssis

Ferrum Capital QSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    300 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    03 noyabr 2021

  • Bitmə tarixi

    03 dekabr 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Telemarketinq üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Telemarketinq üzrə kiçik mütəxəssis

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Telemarketinq üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Telemarketinq üzrə kiçik mütəxəssis nə iş görür?

  • Müştərilərə zəng olunub şirkətin mövcud məhsul və xidmətlərinin satışının həyata keçirilməsi
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və şirkət məhsullarına dair məsləhətlərin verilməsi
  • Müraciətlərin proqram üzrə qeydə alınması
  • Şərtlər üzrə müştərilərin ilkin təhlilinin aparılması
  • Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi

Əlavə məlumat

Bazar ertəsi – Cümə: 09:30 – 18:30

Şənbə: 10:00 – 14:00

Əmək haqqı: 300 AZN + Bonus

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Telemarketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Namizədə tələblər:

Hansı özəlliklərə malik olmalıdır?

  • Ali təhsil
  • 21-29 yaş aralığı
  • Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
  • Səlis və aydın nitq qabiliyyəti
  • Yüksək ünsiyyətqurma, təqdimetmə, satış bacarığı
  • Analitik düşüncə

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox