“Təlim Koordinatoru” vakansiyasını açıq elan edirik.
Vəzifə öhdəlikləri:
- Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək;
- Tədris materiallarının hazırlanmasında iştirak etmək;
- Təlim planının formalaşdırılması və icrası prosesində lazımi kommunikasiyanı həyata keçirmək;
- Təlim fəaliyyətini koordinasiya etmək;
- Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırmaq, təlim təchizatçıları və digər əlaqəli tərəflərlə danışıq və yazışmalar aparmaq;
- Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq, qiymətləndirmənin aparılması və iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün tədbirlər görmək;
- Təlim imkanları barədə məlumatlandırmanı həyata keçirmək;
- Təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi, habelə xüsusi bülletenlər və digər nəşrlərin buraxılması ilə bağlı fəaliyyətdə iştirak etmək;
- Departamentə daxil olan sənəd və müraciətləri araşdırmaq və cavab layihələri hazırlamaq;
- Vəzifə səlahiyyətləri çərçivəsində verilmiş digər tapşırıqları icra etmək.
Tələb edilən bilik,bacarıq və təcrübə:
- Ali təhsil (idarəetmə, iqtisadiyyat və ya sosial-humanitar sahədə təhsil arzuolunandır);
- Azı 1,5 il iş təcrübəsi;
- Çeviklik;
- Təhlillər aparmaq, hesabat hazırlamaq bacarığı;
- İnnovativ və yaradıcı düşünmək;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
- Əmək haqqı razılaşma yolu ilə müəyyən ediləcək.