Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat və ya İnsan resursları sahəsində);
- Yaş: 25-40;
- Təhlillər aparmaq, hesabat hazırlamaq bacarığı;
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;
- Nəticəyə fokuslanmaq.
Vəzifə öhdəlikləri:
- Təlim ehtiyaclarının müəyyən olunması ilə bağlı təhlillər, sorğular və s. aparmaq, nəticələri təhlil etmək və ümumiləşdirmək;
- Ehtiyaclara uyğun təlim planı və proqramlarının hazırlanmasında iştrak etmək;
- Tədris materiallarının hazırlanmasında iştirak etmək;
- Təlim planının formalaşdırılması və icrası prosesində lazımi kommunikasiyanı həyata keçirmək;
- Təlim fəaliyyəti ilə məşğul olan mərkəzləri araşdırmaq və onların, habelə təlimçilərin elektron bazasını formalaşdırmaq, təlim təchizatçıları və digər əlaqəli tərəflərlə danışıq və yazışmalar aparmaq;
- Təlim fəaliyyəti üzrə hesabatlar hazırlamaq, qiymətləndirmənin aparılması və iştirakçıların rəy və təkliflərinin əldə olunması üçün tədbirlər görmək;
- Təlim imkanları barədə məlumatlandırmanı həyata keçirmək;
- Yeni təlim metodlarının tətbiqi imkanlarını araşdırmaq və təkliflər vermək;
- Təlimlər, seminarlar, elmi-praktiki konfrans və simpoziumların keçirilməsi, habelə xüsusi bülletenlər və digər nəşrlərin buraxılması ilə bağlı fəaliyyətdə iştirak etmək;
- Beynəlxalq səviyyədə meylləri izləmək, beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında iştirak etmək;
- Departamentə daxil olan sənəd və müraciətləri araşdırmaq və cavab layihələri hazırlamaq;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Şənbə və Bazar istirahət günü;
- İş yeri : Bakı şəhəri Məhəllə 2074-2077, Köndələn küç 10, (Ulduz metrosu yaxınlığında);
- Əmək haqqı müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə ərazini və “Təlim üzrə koordinator" yazaraq vusala.racabova@inci.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.