İnsan resursları departamenti / İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi / Təlim və tədrisin təşkili bölməsi - Mütəxəssis
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Təlim ehtiyaclarının müəyyən edilməsi, təhlil edilməsi və ehtiyaclara əsasən təlim proqramlarının tərtib olunmasında iştirak edir;
- Ehtiyaclara əsasən fərdi inkişaf planlarının formalaşdırılması və ilboyu planların icrasının təmin edilməsində iştirak edir;
- Daxili təlimçilərin yetişdirilməsi prosesində iştirak edir;
- Yeni təlim vendorlarının araşdırılması, vendorlarla əməkdaşlıqların qurulması prosesində iştirak edir;
- Mərkəzi Bankda təlimçi kimi fəaliyyət göstərir; Təlim kontentinin və konsepsiyasının hazırlanmasında iştirak edir
- Fəaliyyət sahəsinə uyğun istiqamətlərdə tədqiqat və təhlil aparır;
- Şöbənin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə analitik hesabatlar hazırlayır.
- Departament rəhbərliyinin tapşırığına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir
- Departamentin əməliyyat planına müvafiq olaraq şöbənin vəzifələrinə dair hədəflərin yerinə yetirilməsində iştirak edir.
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Təcrübə - Öyrənmə və inkişaf üzrə 1 il iş təcrübəsi
- Təhsil - Ali təhsil tələb edilir
- Dil bacarığı - Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə), Rus dili (arzu olunandır)
- Kompüter bacarığları - MS Office proqramları, xüsusilə MS Power Point, Word, MS Excel,Outlook, MS Visio
Texniki kompetensiyalar:
- Təhsilin təşkili və idarə edilməsi üzrə nəzəri və praktiki biliklər Qərar qəbul etmək qabiliyyəti
- Planlama və prioritetləşdirmə
- Auditoriya qarşısında çıxış qabiliyyəti
- Analiz etmə qabiliyyəti
- Strateji düşüncə qabiliyyəti
Davranış kompetensiyaları:
- Nəticəyönümlülük
- Effektiv kommunikasiya bacarığı
- Sahibkarlıq ruhu
- Emosional intelekt
- Təşəbbüskarlıq
- Komandada işləmə
- Məsuliyyətlilik