Təlimlərin idarəedilməsi üzrə layihə koordinatoru

Təlimlərin idarəedilməsi üzrə layihə koordinatoru

Gravity Inc. MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    600 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    29 may 2023

  • Bitmə tarixi

    28 iyun 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Təlim Koordinatoru vakansiyaları üçün bura keçid edin!
  • Layihənin tələblərini və gözləntilərini tam şəkildə mənimsəmək;
  • Layihə çərçivəsində nəzərdə tutulan bütün işlərin vaxtında başlamasına və bitməsinə, həmçinin hər bir məqamın layihə standartlarına uyğun, keyfiyyətlə icra olunduğuna nəzarət etmək;
  • Məsuliyyətində olan işçi heyəti ilə daim əlaqədə olmaq, onlara nəzarət etmək, vəzifə öhdəlikləri, nəzərə almalı olduqları məqamlar ilə bağlı mütəmadi təlimatlandırma və monitorinq;
  • Gündəlik olaraq tabeliyindəki işçi heyətinin və təlim iştirakçılarının davamiyyətinə, həmçinin təlimlərin gedişatına nəzarət etmək;
  • Layihə müddətində hazırlanan bütün sənədlərin mütəmadi yoxlanılması və arxivlənməsini təmin etmək;
  • Layihənin və təlimlərin gedişatına, həmçinin daxili standartlara və prosedurlara uyğun getdiyinə nəzarət etmək;
  • Gündəlik olaraq layihənin gedişatında yaranan problemlər və layihənin nəticələri barədə tabeliyində olan rəhbərə hesabatları təqdim etmək.

 

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Təlimlərin idarəedilməsi üzrə layihə koordinatoru” qeyd etmələri xahiş olunur.

Namizədə tələblər:
  • Layihələrin idarəedilməsi sahəsində minimum 1 il təcrübə;
  • Təlimlərin təşkili və idarəolunması üzrə təcrübə arzuolunandır;
  • İqtisadiyyat, menecment, biznesin idarə olunması və ya digər uyğun sahələr üzrə ali təhsil;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Stressə dözümlülük;
  • Vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).

Elan #849714

  • 2066

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox