Öhdəliklər:
- Şirkətin satış planlarının və strategiyalarının hazırlanması;
- Satış proqnozlarının təyin edilməsi;
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Görülən işlərin effektivliyinin mütəmadi olaraq analiz edilməsi;
- Satış prosesindən əldə edilən rəqəmsal məlumatların idarə edilməsi və analiz edilməsi;
- Rəqiblərin bazardakı fəaliyyətini araşdıraraq uyğun strategiyalar hazırlanması;
- Yeni satış texnikalarının araşdırılması və tətbiqi;
- Satış və marketinq fəaliyyətlərinin uyğunlaşdırılması;
- Reklam və marketinq işlərinə nəzarət;
- Məhsulların dəyişikliklərin qeydiyyatı üçün sənədlərin yoxlanılması və hazırlanması;
- Qeydiyyat prosesində zəruri normativ sənədlərin alınması, sorğuların vaxtı vaxtında istiqamətləndirilməsi və cavablandırılması;
- Şirkətin profili üzrə Respublika daxili və beynəlxalq tenderlərin izlənilməsi;
- Tender şərtlərinin hüquqi cəhətdən araşdırılması və qiymətləndirilməsi;
- Tender təkliflərinin hazırlanması;
- Tender təkliflərinin və digər hüquqi sənədlərin tərcüməsi;
- Respublika daxili və xarici biznes partnyorlarla yazışmaların aparılması və biznes əlaqələrinin yaradılması;
- Müxtəlif sərgilərdə, konfranslarda iştirak üçün prezentasiyaların, gündəliyin və digər sənədlərin hazırlanması;
- Vaxtaşırı olaraq şirkətin məhsulları, göstərdiyi xidmətlər haqqında potensial müştərilərə təkliflərin göndərilməsi;
- Azərbaycanda və xarici ölkələrdə keçirilən müxtəlif biznes tədbirlərində iştirak etmək və şirkəti təmsil etmək;
- Şirkətin əlaqələrini genişləndirmək məqsədilə yerli və xarici tərəfdaşlarla görüşlərin keçirilməsi və danışıqların aparılması.
Namizədə tələblər:
- Tikinti sahəsində satış və marketinq təcrübə;
- Yüksək ünsiyyət və inandırma bacarıqları;
- Rəqəmsal marketinq bilikləri və satış analitikası üzrə təcrübə;
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Müştəri məmnuniyyətini qoruma və inkişaf etdirmə bacarığı;
- Satış hədəflərinə nail olmaq üçün strateji planlaşdırma qabiliyyəti;
- Rus və İngilis dilində səlis danışıq bacarığı.
İş şəraiti:
- Həftənin 5 günü;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə təyin ediləcək.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!