Bankda ERM siyasəti sənədinin (Enterpirse Risk Management Policy) tətbiqində iştirak edir;
Bankda risk identifikasiyası üzrə üsul və alətləri tətbiq edərək yeni risklərin identifikasiyası
prosesini təşkil edilməsində iştirak edir;
Risk xəritəsini (risk control matrix) yaradılması və idarə edilməsində iştirak edir;
İdentifikasiya edilmiş risklərin ERM siyasətinə uyğun olaraq qiymətləndirilməsini təmin edir;
Daxili insidentlərin səbəblərini araşdırır və aradan qaldırılması istiqamətində struktur bölmələr tərəfindən görülən işləri izləyir;
Əməliyyat itkilərinin səbəblərinin araşdırılması, aradan qaldırılması ilə bağlı struktur bölmələrdən tədbirlərin əldə olunması və itkilərlə bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir;
Əsas risk indikatorlarını müəyyənləşdirilməsi, tətbiq edilməsi və onların təhlilinin aparılmasında iştirak edir;
Bankın RHİ (Risk Sağlamlığı indeksinin) göstəricisinin ölçülməsində iştirak edir və göstəricinin idarə edilməsini təmin edir;
Bank üzrə risklərin idarə edilməsi, qiymətləndirilməsi istiqamətində Bankdaxili normativ sənədləri, həmçinin, Bankın yeni və mövcud çərçivə və siyasət sənədləri ilə bağlı rəy və
təkliflərini verir;
Bankın davamlı biznes fəaliyyətinin təmin olunması məqsədi ilə struktur bölmələr ilə birgə həyata keçiriləcək tədbirləri özündə əks etdirən fövqəladə hallar planının tərtib edilməsində iştirak edir;
Risk İştahası Bəyannaməsi hesabatını hazırlayır. Risk İştahası Bəyannaməsi hesabatı üzrə Əməliyyat və Reputasiya riski kateqoriyasına aid göstəricilərin hesablanması, nəzarəti və pozuntularla bağlı hesabat məlumatlarının formalaşdırılmasını təmin edir; -
Bankda risk mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini təşkil edir.
Şöbəyə cəlb edilmiş təcrübəçilərə və əməkdaşlara işlərində dəstək göstərir və onlarla birgə fəaliyyət göstərir;
Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dairdigər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra edir; -
Birbaşa rəhbəri, İdarə Heyəti sədri, Baş icraçı direktor tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və
fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.
Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada!
İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır.
İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.