- ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
İBM sistemlərinə aid olan proqram təminatlarını (İBUS/İBM BPM və s.) dəstəkləmək;
Tətbiq serverlərini idarə etmək;
Yeni proqram təminatlarını tətbiq etmək və dəstəkləmək;
S.W.I.F.T. sistemini dəstəkləməkdir.
Namizədə tələblər:- Ali təhsilə;
- Proqram təminatlarının tətbiqi üçün funksional testlərinin edilməsi, avtomatlaşdırılması və dəstəklənməsi üzrə peşəkar iş təcrübəsinə;
- Windows Əməliyyat Sistemləri: Windows Server Desktop Əməliyyat Sistemləri (Server 2016-2019) ilə bağlı peşəkar iş təcrübəsinə;
- IBM Business Automation Workflow V20, WebSphere Application Server V8.5.5 Administration, İBM İntergration Bus v10.0, UNIX / Linux Administration, Application Servers, Powershell Scripting, Monitoring tools, Backup / Restore tools, sistemləri ilə bağlı iş təcrübəsinə;
- Minimum 3 il iş təcrübəsinə;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə
- Güclü məntiqə;
- Komandada işləmək bacarığına sahib olan şəxsdir.
- Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.