Vəzifə öhdəlikləri:
- Texniki dəstək komandasının idarə olunması və iş yükünün effektiv bölüşdürülməsi
- İstifadəçilərdən daxil olan texniki sorğuların və problemlərin həllinə nəzarət
- Texniki problemlərin həlli üçün eskalasiya proseslərinin idarə edilməsi
- IT təhlükəsizliyi qaydalarına və təşkilatın daxili siyasətlərinə uyğunluğun təmin olunması
- Texniki dəstək xidmətlərinin keyfiyyətinin artırılması və prosedurların optimallaşdırılması
- Bölmənin fəaliyyətinə dair mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Komandanın inkişafı və bilik səviyyəsinin artırılması üçün təlimlərin təşkili
Namizədə tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə)
- Texniki dəstək və ya IT idarəçiliyi sahəsində ən azı 3 il iş təcrübəsi
- Komanda idarəetməsi və işin təşkili üzrə təcrübə
- Windows/Linux əməliyyat sistemləri, şəbəkə idarəetməsi və server infrastrukturunun idarə edilməsi üzrə biliklər
- IT Helpdesk sistemləri və eskalasiya prosesləri ilə işləmə təcrübəsi
- Güclü problem həll etmə bacarığı və stresə davamlılıq
- Azərbaycan dili mükəmməl, ingilis və rus dillərini bilmək arzuolunandır
- Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə bacarıqları.
İş rejimi: həftə içi 5 gün
Əgər sosial fəaliyyətlərdə aktiv iştirak edən, komanda işinə önəm verən və kollektiv mühitdə səmərəli çalışmağı bacaran bir namizədsinizsə, müraciətinizi göndərərkən vakansiyanın adını mövzu hissəsində qeyd etməyiniz xahiş olunur.