Texniki İstismar üzrə mütəxəssis

Texniki İstismar üzrə mütəxəssis

Pizza Mizza
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Restoran işi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    23 aprel 2024

  • Bitmə tarixi

    02 iyun 2024

Diqqət!

Bu elanın vaxtı bitib. İstismar xidməti üzrə texnik vakansiyaları üçün bura keçid edin!

“Pizza Mizza” MMC-yə “Texniki istismar üzrə mütəxəssis” tələb olunur.

"Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

İş barədə məlumat:

  • Qida və Sənaye avadanlıqlarına texniki xidmət, texniki baxış, servis xidməti və validasiya xidmətlərinin göstərilməsi və yenisi ilə əvəz edilməsinin təşkili
  • İş prosesini həyata keçirən bütün təhlükəsizlik norma və standartlarına əməl edilməsi
  • İcra edilən işlərin qeydiyyata alınması və hesabatların təqdim edilməsi
  • Avadanlıqların ehtiyat hissələrinin araşdırılması ve tapılması
  • Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
  • Bütün avadanlıqların vaxtında profilaktik işlərinin təşkili
  • Zəruri hallarda təmir işlərinin icra edilməsi
  • Bütün avadanlıqların inventara daxil edilməsi
  • Bütün avadanlıqların qeydiyyatı və tarixlər üzrə işlərin aparılması
  • Daimi bazarı araşdırıb autsors (kənar) ustaların tapılması

Namizədə tələblər:

  • Yaş 25-45
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Şəxsi nəqliyyat vəsitəsinin olması mütləqdir
  • Alət və avadanlıqlar ilə işləmə bacarıqları
  • Elektrik, mətbəx və digər avadanlıqları üzrə anlayış və təmir etmə bacarığı
  • Verilən tapşırığı sərbəst araşdırma qabiliyyəti
  • İşində dəqiq, məsuliyyətli və komandada işləmək bacarığı
  • Operativ və nizam-intizamlı

İş şəraiti:

  • İş vaxtı qrafikə əsasən, 6 günlük
  • Əmək haqqı müsahibə əsasında və nahar pulu.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox