Bakı
Tibbi personal
Razılaşma ilə
Tam-ştat
Ali
10 sentyabr 2020
10 oktyabr 2020
“AVROPA AZƏRBAYCAN MƏKTƏBİ” TƏHSİL KOMPLEKSİ” MMC
TİBB BACISI
İşin məqsədi:
Məktəbin tibb bacısının işi başlıca olaraq xəstəlik və xəsarətlərin qarşısının alınması, sağlamlıqla bağlı problemlərin vaxtında aşkarlanması və onların aradan qaldırılmasından ibarətdir. Məktəbin tibb bacısı xəstəliklərin profilaktikası, sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və həkimə göndəriş prosedurları üzrə ixtisaslaşmalıdır.
Məktəbdaxili tabeçilik
• Birbaşa məktəbin direktoruna hesabat verir.
• Yardımçı komandanın üzvüdür.
Ümumi vəzifələr:
• Sağlamlıq vəziyyətinin qiymətləndirilməsi;
• Xəstəliklə bağlı vəziyyətə müdaxilə, onun aradan qaldılması və davamlı müşahidəsi;
• Sağlamlıq üzrə ümumi məlumatların hazırlanması, saxlanılması və yenilənməsinə görə məsuliyyət;
• Məktəbin sağlamlıq üzrə siyasətinin, prosedurların və daxili fəaliyyət qaydalarının hazırlanması/yenidən baxılmasında köməklik;
• Məktəb binası üçün ilk yardım çantasının hazırlanması;
• Valideynlər tərəfindən peyvənd təqviminin yerinə yetirilməsinə nəzarət;
• Ağır hallar/travmalar barədə həkimə məlumatın verilməsi/baş vermiş tibbi hadisələrlə bağlı həkim tərəfindən məsləhətin alınması;
• Həkim tərəfindən müəyyən edilən digər öhdəliklərin yerinə yetirilməsi.
1. Peşəkar tibb bacısı ixtisası üzrə diplom;
2. Peşəkar tibb bacısı kimi uşaq tibb müəssisəsində ən azı 3 il iş təcrübəsi;
3. Səhiyyə Nazirliyinin Sertifikasiya İmtahanından keçməsini təsdiq edən yararlı şəhadətnamə;
4. Kompüter bilikləri (Word, Excel), internet və elektron poçtdan istifadə bacarıqları;
5. İngilis dili bilikləri.
Müsabiqədə iştirak etmək istəyənlər CV-lərini hr@eas.az ünvanına göndərə bilər.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.