Tibbi nümayəndə

  • Şəhər

    Bakı

  • Kateqoriya

    Tibb təmsilçisi

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    12 mart 2024

  • Bitmə tarixi

    21 aprel 2024

Diqqət!

Bu elanın vaxtı bitib. Tibb nümayəndəsi vakansiyaları üçün bura keçid edin!

Vəzifə: Tibbi nümayəndə (Məhsul təbliğatı üzrə kiçik mütəxəssis)

İş yeri: SAF Farma Pharmacy&Marketing | Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi

İş rejimi: Həftəlik 5 gün / 09:00-18:00

Başlanğıc əmək haqqı: razılaşma yolu ilə 

Müraciət üçün: https://forms.gle/t4bgb3GAosvxpwZ6A  

Öhdəliklər: 

  • Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması;
  • Müştərilərdən məhsullar üzrə rəy alınması;
  • Həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması;
  • Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak etmək;

 

Vəzifəyə tələblər:

  • Müvafiq sahədə 1-2 il təcrübə üstünlükdür
  • Satış və marketinq sahəsinə maraqlı olma
  • Azərbaycan dilində yazılı və  şifahi ünsiyyət
  • Təqdimat bacarığı
  • Öyrənməyə həvəsli
  • Məsuliyyətlilik və dəqiqlik
  • Aktivlik və çeviklik

Vəzifələrin icra ediləcəyi şirkət haqqında:

SAF Farma - Dərman bazarında 24 illik təcrübəyə sahib top 5-likdə yer alan Azərbaycanın böyük dərman idxalçılarından biridir. Şirkətin fəaliyyəti dərman məhsullarının idxalı, satış və marketinqini əhatə edir. Yarandığı tarixdən bu günədək 300-dən çox adda dərman idxal etmişdir. Hazırda məhsul portfelində 100-dən çox  məhsul  mövcuddur. İdxal edilən dərman məhsulları aşağıda qeyd olunan istiqamətləri əhatə edir: Pediatriya, Terapiya, Nevrologiya, Urologiya, Ginekologiya, Endokrinologiya, Qastroentrologiya, Oftalmologiya, OTC, və s. 

Müraciət üçün: qeydiyyat formu  https://forms.gle/t4bgb3GAosvxpwZ6A  və ya e-mail cv@saffarma.az 

Qeyd: Müraciətlərə 3  iş həftəsi ərzində baxılacaqdır. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaq.

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Elan #852898

  • 17744

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox