Ümumi vəzifə öhdəlikləri:
- Sənədli əməliyyatlar üzrə aylıq planların icrası;
- Filiallardan gələn qarantiya/akkreditiv sifarişlərini təhlil etmək və operativ qərarlar vermək;
- Sənədli əməliyyatlar üzrə satışın artırılması üçün müştərilərin cəlb olunması (direct marketing) və filial əməkdaşlara müvafiq dəstək göstərilməsi;
- Filialların qarantiya/akkreditiv portfelinin hesabatlar əsasında təhlil edilməsi;
- Sənədli əməliyyat məhsulları üzrə zəruri hallarda bazar araşdırmasının aparılması və müvafiq hesabatlar/təqdimatların hazırlanması;
Tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Təcrübə: Bankda biznes kreditləri üzrə minimum 1 illik iş təcrübəsi;
- Bankın fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Analitik düşünmə qabiliyyəti;
- Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.