Ticari Marketinq Meneceri

Ticari Marketinq Meneceri

Superfon
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Marketinq menecment

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    11 mart 2021

  • Bitmə tarixi

    10 aprel 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Ticari (Treyd) Marketinq mütəxəssisi vakansiyaları üçün bura keçid edin!

Haqqımızda:

2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək istəyirsinizsə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Ticari Marketinq Meneceri

Öhdəliklər:

• Şirkətin Ticari Marketinq strategiyasının hazırlanmasını və icrasını təmin edir;
• Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, şirkətin fəaliyyətini bazarda təqdim etdiyi məhsul və xidmətlər üzrə sosial media və digər kanallar vasitəsi ilə kommunikasiya və koordinasiyasını reallaşdırır;
• Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətini həyata keçirir;
• Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analiz və təhlilini hazırlayır;
• Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesində iştirak edərək, reklamların sifarişə və hazırlanmasına nəzarət edir;
• Satış dövriyyəsinin artırılması və müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələr, promo aksiya və kampaniyaları həyata keçirir;
• Ticari Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat verir.

Təminatlar:

• Nahar ilə təmin edilmə;
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
• 6 günlük iş qrafiki;
• Korporativ mobil nömrə;
• Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.

Əmək haqqı – 2000 azn.

Namizədə tələblər:

• Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
• Ali təhsil (İqtisadiyyat,Marketinq,Kommersiya);
• Dil bilikləri:Azərbaycan dili mükəmməl və ingilis dili orta səviyyədə bilməlidir;
• MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
• Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.


CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Ticari Marketinq Meneceri” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 10.04.2021

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox