Bakı
Mühəndis
Razılaşma ilə
Tam-ştat
Ali
05 oktyabr 2020
04 noyabr 2020
Tikintinin təşkili və tikinti layihələri üzrə baş mühəndis
• Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
• Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək
• Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək,
• Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
• Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək,
• Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək.Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək,
• Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada həyata keçirmək,
İşçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
• Tikintinin strukturunu formalaşdırmaq, sistemini qurmaq, mərkəzi ofisi və layihələrlə effektiv koordinasiyalı işləmək,
• Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.
• Smetaların hazırlanmasına nəzarət etmək.
• Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək
İş şəraiti:
• 6 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən təmin olunur
• Əmək haqqı yüksəkdir və müsahibə əsasında təyin olunacaq
• İnşaat və tikinti sahəsi üzrə Ali təhsil;
• İnşaat sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi
• Kompyuter bilikləri - MS Office, Autocad proqramlarını mükəmməl bilmək
Vakansiyaya müraciət üçün CV-ləri “Tikintinin təşkili və tikinti layihələri üzrə baş mühəndis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.