Tone of Voice Meneceri

Tone of Voice Meneceri

Kapital Bank
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Digər

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    21 iyun 2023

  • Bitmə tarixi

    21 iyul 2023

Diqqət!

Bu elanın vaxtı bitib. Tone of Voice Meneceri vakansiyaları üçün bura keçid edin!
  • Bankda Birbankın əsas səsi olmaq: həmkarları yeni tərzdə yazmağa və danışmağa ruhlandırmaq.
  • Marketinq və kommunikasiya sahəsində mühüm layihələrdə iştirak etmək: reklam kampaniyalarına başlamaq, əsas mesajları formalaşdırmaq, mətn formatları və üslub nümunələrini hazırlamaq.
  • Marketinq, dəstək, məhsul, satış və HR komandalarına mətnlərin və kommunikasiyaların keyfiyyətini davamlı olaraq yaxşılaşdırmaqda dəstək olmaq.
  • Bankın bütün kanallar üzrə azərbaycan, rus və ingilis dillərində kommunikasiyalarında ardıcıllığı təmin etmək.
  • Həmkarları brendin səsi ilə işləməyə öyrətmək.
  • Brend səsi haqqında bilikləri Birbankın işlədiyi partnyorlara və podratçılara ötürmək və onların işinin nəticələrini brend səsi əsasında qəbul etmək.
  • Müştərilər və işçilər tərəfindən bank haqqında təsəvvürü təhlil etmək və Birbank Brend Səsini inkişaf etdirmək.

 

Kapital Bank-da iş mühiti ilə daha yaxından tanış olmaq üçün keçid edin - https://bit.ly/3JfQX9T

Mənbə: Kapital Bank

Namizədə tələblər:

Sizin barənizdə: 

  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilirsiniz. Sizə müasir canlı dildə ünsiyyət qurmaq maraqlıdır.
  • Sizdə üslub və yumor hissi var. Müasir həyatı yaxşı hiss edirsiniz və insanlarla ünsiyyətdən zövq alırsınız.
  • Sizə yazmaq, redaktə etmək və tərcümə etmək maraqlıdır və bunu başqalarına da öyrədə bilərsiniz.
  • Rabitə, reklam və ya media sahəsində işləmisiniz. 5 ildən artıq təcrübəniz var.
  • Böyük ehtimalla siz filologiya,  marketinq, rabitə və ya reklam istiqaməti üzrə təhsil almısınız.
  • Maliyyə təhsili və ya bank təcrübəsinin olması mütləq deyil, müştərilərimizə məhsullarımız haqqında necə danışdığımıza dair yeni bir yanaşmanın olması vacibdir.

-İşə qəbul prosesi

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

  • CV yoxlanışı
  • Müsahibə
  • Case Study
  • Yekun müsahibə

Elan #849991

  • 1078

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox