Təsvir
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır)
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır
- Dil bilikləri: Azərbaycan dili (əla)
- Komputer bilikləri: Microsoft Office proqramları (Word, Excel)
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı