Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. UİX/Uİ dizayner vakansiyaları üçün bura daxil olun.

Elan № 4853

UİX/Uİ dizayner vakansiyaları

UİX/Uİ dizayner vakansiyaları

27 Yanvar 2021

Elan tarixi

26 Fevral 2021

Bitmə tarixi

1513

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

UI/UX dizayner

Vəzifə

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Dizayn

Sahə

Veb-dizayn

Kateqoriya

İş barədə məlumat

Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

• Product Owner, Design Lead və Developer-lər ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
• Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
• Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
• Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi.

NamİZƏDƏ TƏLƏBLƏR

Bizim üçün uyğun namizəd:

• Biznes tələblərə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübəsi olan;
• Araşdırma, qiymətləndirmə və analitika bacarığı olan;
• Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübəsi olan;
• Usability və A/B testing proseslərinin təşkil edilməsi təcrübəsi olan;
• Yüksək səviyyədə vizual dizayn qabiliyyətləri olan;
• Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübəsi olan
• Principle, XD və ya Studio proqramlarının istifadəsində təcrübəsi olan.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 10 fevral 2021-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 4853

UİX/Uİ dizayner vakansiyaları

UİX/Uİ dizayner vakansiyaları

27 Yanvar 2021

Elan tarixi

26 Fevral 2021

Bitmə tarixi

1513

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"