UX tədqiqatçı

UX tədqiqatçı

ABB
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Bank xidməti

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    13 fevral 2025

  • Bitmə tarixi

    20 mart 2025

 

Görəcəyiniz işlər:

  • Biznes və məhsul komandaları ilə əməkdaşlıq edərək istifadəçi tədqiqat strategiyasını formalaşdırmaq və həyata keçirmək;
  • İstifadəçilərin ehtiyaclarını, davranışlarını və problemlərini müəyyən etmək üçün dərin tədqiqatlar aparmaq;
  • Kəmiyyət və keyfiyyət tədqiqat metodlarından istifadə edərək məhsulun istifadəçi yönümlü inkişafına töhfə vermək;
  • Fərziyyələrin testi, istifadəçi müsahibələri, fokus qruplar, A/B testlər və digər metodlarla istifadəçi təcrübəsini öyrənmək;
  • CJM-lər, Mind maps, Task Analysis, User Flow və İnformasiya Arxitekturası kimi tədqiqat alətlərindən istifadə etmək;
  • İstifadəçi testlərinin (usability testing) təşkili və icrası, həmçinin test nəticələrinin təhlil edilməsi və dizayn komandasına tapıntıların və insight-ların təqdim edilməsi;
  • Google Analytics, Hotjar, Mixpanel və digər analitik alətlərdən istifadə edərək istifadəçi davranışlarını təhlil etmək və dataya əsaslanan qərarlar vermək;
  • İstifadəçi testlərindən və araşdırmalardan əldə olunan nəticələri təqdim etmək və məhsul strategiyasına təsir etmək;
  • UX tədqiqat metodlarını və yanaşmalarını komanda daxilində tətbiq etmək və inkişaf etdirmək;
  • Mövcud məhsulları istifadə dövründə izləmək, istifadəçi geridönüşlərini toplamaq və məhsul inkişafına dair tövsiyələr vermək;
  • Dizaynerlər, məhsul menecerləri, mühəndislər və biznes komandaları ilə sıx əməkdaşlıq edərək istifadəçi yönümlü qərarlar qəbul etməyə dəstək olmaq;
  • UX Research sahəsində innovativ yanaşmalar araşdırmaq və tətbiq etmək;
  • Komanda üzvlərinə mentorluq etmək və junior tədqiqatçılar üçün təlimlər keçmək.

 

 Bizim üçün uyğun namizəd:

  • UX Research sahəsində ən azı 3+ illik iş təcrübəsi;
  • Keyfiyyət və kəmiyyət tədqiqat metodları üzrə geniş bilik və təcrübə (anketlər, fokus qruplar, istifadəçi müsahibələri, etnoqrafik tədqiqatlar və s.);
  • İstifadəyə yararlılıq testlərinin (usability testing) planlaşdırılması, icrası və analiz edilməsi üzrə təcrübə;
  • Google Analytics, Hotjar, Mixpanel, Amplitude və digər analitik alətlərdən istifadə təcrübəsi;
  • Dizayn komandaları və məhsul sahibləri ilə işləmə bacarığı;
  • Dizayn Sprint-lərdə və məhsul inkişaf prosesində iştirak etmək təcrübəsi;
  • A/B testləri və fərziyyələrin yoxlanılması üzrə təcrübə;
  • UX Writing və Mikrointeraksiyalar üzrə anlayışların olması (arzuolunandır).

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox