UX/UI dizayner

UX/UI dizayner

Ferrum Capital QSC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Veb-dizayn

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    09 fevral 2022

  • Bitmə tarixi

    11 mart 2022

Diqqət!

Bu elanın vaxtı bitib. UI/UX dizayner vakansiyaları üçün bura keçid edin!

UX/UI dizayner

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Yeni məhsulların yaradılması və inkişafı şöbəsində UX/UI dizayner vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

UX/UI dizayner nə iş görür?

  • Biznesin tələblərinə, məhsulun mövzusuna, vizyonuna uyğun UX və UI dizaynların yaradılması;
  • Müştəri təcrübəsinin və tələbatlarının araşdırılması;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış dizaynının inkişaf etdirilməsi;
  • Yaradılmış dizayn prototiplərinin potensial istifadəçilərlə test edilməsi, nəticələrin analizi.

Bizimlə çalışmaq sizə nə qazandıracaq?

“Agile” və “Scrum” metodologiyaları üzrə işləyən innovativ iş mühiti;

Daxili təlimlərdə iştirak və daxili aktiv sosial həyat;

Yüksək komanda ruhunda işləmək.

Əlavə məlumat

5 günlük iş qrafiki: 09:30 – 18:30

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “UX/UI dizayner” qeyd etməklə hr@ferrumcapital.az e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Namizədə tələblər:

Hansı özəlliklərə malik olmalıdır?

  • Sketch, Figma, Adobe XD proqramlarında işləmək bacarığı;
  • UX\UI dizayn üzrə minimum 1 il iş təcrübəsi;
  • Tamamlanmış layihələrin mövcud olması (portfolio);
  • Responsiv dizayn üzrə təcrübə;
  • Yaradıcılıq və araşdırma qabiliyyəti;
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti.

Müraciət üçün e-poçt daxil et

Elan #844201

  • 2451

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox