Vəzifənin funksiyaları:
- Xarici maliyyə bazarlarında bağlanılmış əqdlər üzrə müxabirləşmələri Mərkəzi Bankın portfel idarəetmə sistemi vasitəsilə həyata keçirmək;
- Gündəlik avtomatik uçot prosesi xaricində qalan əqdlər üzrə müxabirləşmələri Mərkəzi Bankın portfel idarəetmə sistemində həyata keçirmək;
- Xarici valyutada olan maliyyə aktivlərinin gündəlik əsasda yenidən qiymətləndirməsini Mərkəzi Bankın portfel idarəetmə sistemi vasitəsilə həyata keçirmək;
- Valyuta ehtiyatlarının idarə edilməsi ilə bağlı daxili sistemlər/mühasibat hesabları arasında tutuşdurma (rekonsiliasiya) aparmaq və yaranmış fərqlərin aradan qaldırılması istiqamətində işlər aparmaq;
- Maliyyə idarəetməsi departamenti tərəfindən təqdim olunan maliyyə alətləri üzrə uçot sxemlərini Mərkəzi Bankın portfel idarəetmə sistemində tətbiq etmək;
- Yeni uçot sxemləri üzrə mühasibat yazılışlarının aparılması üçün Mərkəzi Bankın portfel idarəetmə sistemində balans, gəlir və xərc hesablarını açmaq;
- İnvestisiya mühasibatlığı ilə bağlı hesabatların əldə edilməsi və zərurət yarandıqda araşdırmaların aparılması məqsədilə kastodiana və xarici menecerlərə müraciət etmək;
- Mərkəzi Bankın portfel idarəetmə sisteminin mühasibatlığı/uçotu sferası ilə bağlı həll olunması zəruri olan məsələlər olduqda dəstəkləyici şirkətə müraciət etmək və onların həllində iştirak etmək;
- Departamentin rəhbərliyinin tapşırığına əsasən bölmənin fəaliyyət istiqaməti üzrə digər işləri icra etmək.
Davranış kompetensiyaları
- Analitik təhlil etmə;
- Stressə davamlılıq;
- Təşəbbüskarlıq;
- Təkmilləşməyə meyllilik;
- Məsuliyyətlilik;
- Stressə davamlılıq;
- Ünsiyyətqurma bacarığı;
- Vaxtın idarəedilməsi.
Texniki kompetensiyalar
- Riyazi statistika və riyazi modelləşdirmə;
- Makroiqtisadiyyat;
- Ekonometrika;
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri;
- Sabit gəlirli qiymətli kağızlar bazarı;
- İnvestisiya portfelinin idarə olunması;
- Risklərin idarə edilməsi;
- VBA Macros və ya Python və ya R.
Təcrübə
- Maliyyə sektoru daxilində mühasibatlıq üzrə 2 il
Təhsil
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat)
Dil bacarığı
- Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə)
Kompüter bacarıqları
- MS Office proqramları (orta səviyyədə)
Sertifikasiya
- Maliyyə-mühasibatlıq və ya müvafiq digər sertifkatlar arzuolunandır
Son müraciət tarixi: 07.11.2024