Veb/IT layihələrin idarəolunması üzrə Layihə Meneceri

Veb/IT layihələrin idarəolunması üzrə Layihə Meneceri

Prosper LLC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    İT mütəxəssisi / məsləhətçi

  • Maaş

    1200 - 2000 AZN

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    01 iyul 2022

  • Bitmə tarixi

    31 iyul 2022

Diqqət!

Bu elanın vaxtı bitib. İT layihə meneceri vakansiyaları üçün bura keçid edin!

Vəzifə Öhdəlikləri: 

  • Layihənin planlanma, büdcələmə, koordinasiya, icra, monitorinq və hesabat kimi mərhələlərini təşkil və idarə etmək;
  • Şirkətdəki proseslərin səmərəliliyini optimallaşdırmaq/təkmilləşdirmək;
  • Komandanın vəzifələrini effektiv şəkildə yerinə yetirmələrini təmin etmək üçün komanda üzvlərinə nəzarət etmək, həmçinin, daxili və xarici amillərlə bağlı aydın məlumat və təlimat vermək;
  • Tələb olunan və lazımi sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması;
  • Sifarişçi və ya müştərilər ilə görüşlərin və müsahibələrin keçirilməsi;
  • Biznesin və layihənin tələblərini müəyyənləşdirmək və məlumatların əks olunduğu briflərin tərtib olunması;
  • Texniki tapşırıqların yazılması və komanda/müştəri ilə bölüşülməsi;
  • Layihənin icrası zamanı, dizayn və proqramlaşdırma komandası ilə sıx əməkdaşlıq, sualların cavablandırılması və istiqamətləndirilməsi;
  • Layihənin uğur qazanması və tələblərə uyğun hazırlanması üçün prosesə rəhbərlik etmək;
  • İstifadəçilərin tələblərini öyrənmək və onları qeyd etmək;
  • Məhsul ilə bağlı tələbləri və problemləri aşkarlamaq üçün komanda üzvləri ilə əməkdaşlıq etmək;
  • Məhsulun və layihənin inkişafı üçün yeni təkliflər hazırlamaq;
  • Tələblər və yekun materialları proqram təminatı komandası və layihə rəhbəri ilə müzakirə etmək;
  • Layihə ilə bağlı yerinə yetirilməmiş işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun istifadəyə buraxılmasının planlaşdırılması və icra olunması;
  • Sifarişçinin məmnuniyyətini artırmaq üçün layihənin gedişatını və son məhsulun keyfiyyəti barədə araşdırma etmək və nəticələri komanda ilə bölüşmək;
  • Layihələrin sonunda hesabatın formalaşdırılması və layihə ilə bağlı bütün məlumatların arxivlənməsi.

Namizədə tələblər:

  • Bilik, bacarıq və təcrübə üzrə tələblər:
  • Təhsil: İqtisadiyyat, maliyyə, IT və ya digər müvafiq sahədə bakalavr dərəcəsi;
  • İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
  • Məsuliyyət, sistematik düşüncə tərzi, analitik təhlil etmə və operativlik bacarığı;
  • Veb məhsulun yaradılması və komandanın idarə olunması sahəsində təcrübə;
  • Tələblərin toplanması, məlumatların analizi və ya proqram təminatı sahəsində təcrübə;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar,
  • “Agile” və “Scrum” metodologiyaları üzrə məlumatlılıq;
  • CRM bilikləri;
  • IT layihələrin idarə edilməsi sahəsində minimum 3 il təcrübə;
  • Təşəbbüskarlıq və müstəqil layihə idarəetməsi formasında çalışmaq bacarığı;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Layihələrin idarəetmə və təqdimat bacarığının olması;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Xarici dil: İngilis (səlis), Rus dili (arzuolunandır);
  • Kompüter Bacarıqları: MS Office, Layihə/komanda əməkdaşlıq alətləri (məsələn, JIRA), MS Project, Figma, Slack, GitLab.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@prosper.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Veb/IT layihələrin idarəolunması üzrə Layihə Meneceri” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox