Komandamıza həvəsli və IT sahəsi üzrə maraqlanan, həmçinin startup mühitini yaxından öyrənmək istəyən Veb kontent meneceri axtarırıq.
Nə təklif edirik?
- İT sahəsi üzrə peşəkar komandadan təcrübə qazanmaq imkanı;
- Şəhərin mərkəzində yerləşən modern ofisdə işləmək imkanı;
- Ünsiyyətcil, yaradıcı komandanın üzvü olmaq;
- Yerli və qlobal şirkətlərlə işləmək;
- Startup mühitini yaxından tanımaq;
- Təcrübə proqramı ərzində ödəniş ediləcək və xərclər qarşılanacaq.
Vəzifə öhdəlikləri:
- İdarəetmə paneli vasitəsilə partnyor şirkətlərin məlumatlarının yerləşdirilməsi;
- Tətbiqin bazasına əlavə olunacaq məlumatların yoxlanılması və əlavə edilməsi;
- Cari məzmunun davamlı monitorinqi;
- Baş verən yanlışlıqların report edilməsi və hesabatının hazırlanması.
Namizədə dair tələblər:
- Təhsil səviyyəsi: Natamam ali (Marketinq, Kompüter mühəndisliyi və ya başqa oxşar sahədə)
- Dil bilikləri: səlis Azərbaycan dili, ingilis və rus dilləri arzuolunandır;
- Kompüter bilikləri: MS Office proqramlarında sərbəst işləmə bacarığı, başlanğıc səviyyədə məzmun idarəetmə sistemləri;
- İş təcrübəsi: Təcrübənin olması şərt deyil, iş prosesi öyrədiləcək;
- Müstəsna yazı və redaktə bacarıqları (xüsusilə texniki yazı təcrübəsi).
Müraciət üçün:
- Yuxarıda qeyd olunan şərtlərə uyğun namizədlər mövzu yerində “Veb Kontent menecer” yazmaqla öz fotoşəkilli CV-lərini career@buylink.info e-mail ünvanına göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.