Vergi uçotu üzrə mühasib

Vergi uçotu üzrə mühasib

Veysəloğlu Şirkətlər Qrupu
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Mühasibat

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    14 iyul 2021

  • Bitmə tarixi

    13 avqust 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Mühasib vakansiyaları üçün bura keçid edin!

Şirkət: Veysəloğlu MMC
Vəzifə: Vergi uçotu üzrə mühasib
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 3-5 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarətin təmini.

Vəzifə öhdəlikləri:

- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinin təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesablarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərinin, xərclər smetasının hazırlanmasının, məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilini həyata keçirmək və prosesə nəzarət etmək;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Vergi, DSMF, Statistika hesabatlarını təqdim etmək;
- Vergi tutma məqsədləri üçün gəlir və xərclərin uçotunu aparmaq;
- Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar həyata keçirmək;
- Debitor və kreditorlarla hesablaşmalara nəzarət etmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş qrafiki: 5 günlük

Namizədə tələblər:

- Vergi Məcəlləsi üzrə biliklərin olması;

- ACCA, CIMA və IFRS üzrə biliklərin olması arzu olunandır;

- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;

- e-gov.az, taxes.gov.az, gov.az və digər portallardan istifadə etmə bacarığı;

- MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı.

Uyğun namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Vergi uçotu üzrə mühasib” yazaraq recruitment@veyseloglu.az ünvanına göndərmələri xahiş olunur.

Elan #842546

  • 1093

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox