Vergilər üzrə mütəxəssis

Vergilər üzrə mütəxəssis

PASHA Insurance
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Sığorta

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    08 mart 2025

  • Bitmə tarixi

    12 aprel 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Vergi məsələləri üzrə məsləhətçi vakansiyaları üçün bura keçid edin!

 

Vəzifə və öhdəlikləri:

  • Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması.
  • Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi.
  • Gəlir vergisi, qeyri rezident ƏDV, ÖMV əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi.
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması
  • Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması.
  • Təxirə salınmış vergilərin hesablanması
  • Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi
  • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət.
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi

 

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi
  • Microsoft office proqramı üzrə yaxşı səviyyədə, MS Excel proqramı üzrə yüksək səviyyədə səriştəyə malik olmaq
  • 1C 8.3 biliyi
  • Azərbaycan dili biliyi mütləqdir. Rus dili biliyi üstünlükdür
  • Sertifikatlar: PMS ACCA F3 

 

Bilik və bacarıqlar:

  • Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil
  • Texniki biliklər
  • Gəlir və zərər hesabı
  • Balans cədvəli
  • Pul vəsaitlərinin hərəkəti
  • Maliyyə qaydaları və qanunları
  • Maliyyə səmərəliliyi göstəriciləri
  • Maliyyə uçotu və əlaqədar sistemlər 
  • Maliyyə riskləri və potensial təsirlər

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi elektron poçt ünvanına göndərin

Müraciət üçün e-poçt daxil et

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox