Əsas vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən həyata keçirilən maliyyə-təsərrüfat əməliyyatlarının düzgün vergi uçotunda əks olunmasını təmin etmək;
- Ödənişlərin köçürmə sənədlərinin vergi uçotuna əsasən tərtib edilməsinə nəzarət etmək;
- Vergi və mühasibat hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə müvafiq orqanlara təqdim edilməsi;
- Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət kimi vergi hesabatlarının, DSMF və Statistika hesabatlarının hazırlanması;
- Şəxsi hesab vərəqələrinin gündəlik təqibi;
- Vergi orqanları ilə kameral uyğunsuzluqların araşdırılması və uyğunsuzluqlar üzrə cavabların hazırlanması;
- Vergi orqanları ilə görüşlərdə iştirak etmək və yazışmalar aparmaq;
- Gəlir və xərclərin uçotunu vergi tutma məqsədi ilə aparmaq;
- Əsas vəsaitlərin qanunvericiliyə uyğun olaraq amortizasiya və təmir xərclərini yoxlamaq;
- Debitor və kreditor borclarının, xərclərin, əsas vəsaitlərin uçotunu, vergi uçotuna uyğunluğunu təmin etmək və nəzarət etmək.
Tələblər:
- İqtisad, Maliyyə, Vergi ixtisasları üzrə ali təhsil;
- Mühasibatlıq, Vergi və Maliyyə uçotu bilikləri;
- Vergi işlərinin aparılması üzrə 3-5 il iş təcrübəsi;
- Vergi qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər.
Yuxarıda qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu bölümündə Vergilər üzrə mütəxəssis\məsləhətçi qeyd etməklə cv@hi-baku.com , elektron ünvanına göndərə bilərlər.