Verilənlərin İdarəedilməsi üzrə Mühəndis (Data Governance Engineer)

Verilənlərin İdarəedilməsi üzrə Mühəndis (Data Governance Engineer)

Unibank ASC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Proqramlaşdırma

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Yerləşmə tarixi

    09 yanvar 2025

  • Bitmə tarixi

    13 fevral 2025

Diqqət!

Bu elanın vaxtı bitib. Data Governance üzrə Mütəxəssis vakansiyaları üçün bura keçid edin!

 

Təsvir:

  • Həssas verilənlərin əldə oluması üçün istifadəçi rolların tərtibatı və data klasifikasiyanın aparılması;
  • Biznes strukturlar üçün təyin olunmuş data sahibləri (data owner) ilə sıx əlaqədə olmaq və onların strukturu daxilində yaradılan, transformasiya edilən və silinən verilənlərin monitoringini aparmaq;
  • Bank sistemlərinin yaratdığı və yenilədiyi verilənlər cədvəllərinin analizini aparmaq və uyğunsuzluqlar barədə xəbər vermək;
  • Verilənlərin idarəolunması programı çərçivəsində təyin olunan problemləri kateqoriyalara bölmək və həll yollarını təklif etmək;
  • Verilənlərin sahibləri və İT ilə işləyərək verilənlərin bütövlüyü və keyfiyyət boşluqlarının həll yollarını tapmaq;
  • Verilənlərin texniki və biznes lüğətin yaradılması, izlənilməsi və təkmilləşdirilməsi;
  • Verilənlər üzrə prosesləri və hesabat dəyişiklikləri üçün sənədləşdirmə aparmaq;
  • Aşağı nəzarətlə vəzifələri yerinə yetirməyi bacarmaq.

 

Tələblər:

  • BI Mühəndisi, Hesabat Mütəxəssisi, Məlumat Təhlilçisi və ya İT Auditoru kimi 2+ il təcrübə;
  • Kompüter Elmləri, Mühəndislik və ya müvafiq sahələrdə bakalavr dərəcəsi;
  • Maliyyə sənayesi təcrübəsinə üstünlük verilir;
  • SQL/PLSQL dillərini bilmək;
  • Həll yönümlü, kritikal düşünən biri olmaq;
  • Müstəqil işləmək və minimal nəzarətlə nəticələr əldə etmək;
  • Biznes və sənaye trendlərinə çatmaq üçün daima öyrənməyə davam etmək;
  • Vacib verilənləri effektiv şəkildə idarə etmək və onları qorumaq;
  • Bank sistemləri hərtərəfli başa düşmək;
  • İngilis və Azərbaycan dilini əla bilmək, rus dilini bilmək arzu olunandır.

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox