Bakı
Maliyyə analiz
Razılaşma ilə
Tam-ştat
Ali
04 may 2021
03 iyun 2021
“PAŞA Bank” ASC Maliyyə İdarəedilməsi departamentinin Xarici Hesabatlıq şöbəsinin Mütəxəssisi/Baş mütəxəssisi kimi komandamıza qoşulmağa güclü namizəd axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
• Gündəlik, həftəlik, aylıq və rüblük tənzimləmə hesabatlarını AR Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fonduna vaxtında təqdim etmək
• Mərkəzi Bank və digər tənzimləyici orqanlarla əlaqələri effektiv şəkildə idarə etmək bacarığı
• Daxili müştərilərin gündəlik sorğularının cavablandırılması
• Tənzimləmə orqanlarından gələn hər hansı bir sorğuların cavablandırılması
• Rəhbərlikdən tələb olunan bütün tapşırıqların yerinə yetirilməsi
• Bankın daxili qaydalarının, proseslərinin, siyasətlərinin, təlimatlarının (SƏTƏM daxil olmaqla) yerinə yetirilməsi, pozuntulara görə məsuliyyətlı olması və hər hansı bir hadisə və təhlükə barədə dərhal şöbə rəhbərinə məlumatın verilməsi
Tələb olunan bilik, bacarıq və təcrübə:
• Təhsil: İqtisadiyyat, maliyyə və ya digər müvafiq sahələrdə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Nəzarət orqanlarına Maliyyə Hesabatlılığı üzrə minimum 1-3 illik iş təcrübəsı (ARMB prudensial və statistika hesabatları)
• ARMB qaydalarına dair biliklər
• Xarici dil: İngilis, Rus (arzuolunandır)
• Kompüter Bacarıqları: Microsoft Office (advanced), PL / SQL (arzuolunandır)
• Lisenziya / Sertifikat: ACCA, CFA, CPA sertifikatına üstünlük verilir.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.05.2021-ci il tarixinədək recruitment@pashabank.az elektron ünvanına email-in mövzu hissəsində “Xarici Hesabatlıq şöbəsində mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Sizin elan saytın ana səhifəsində xüsusi ayrılmış blokda görünəcək və xidmətin
aktivlik
müddətinin sonunadək orada qalacaq.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.
Bu əməliyyatı etmək üçün profilə giriş etməyiniz tələb olunur.