Xarici satınalma üzrə mütəxəssis

Xarici satınalma üzrə mütəxəssis

“Grand Motors” MMC
  • Şəhər

    Bakı

  • Kateqoriya

    Satış üzrə mütəxəssis

  • Maaş

    Razılaşma ilə

  • İş rejimi

    Tam-ştat

  • Təhsil

    Ali

  • Yerləşmə tarixi

    16 aprel 2021

  • Bitmə tarixi

    16 may 2021

Diqqət!

Bu elanın vaxtı bitib. Satınalma üzrə mütəxəssis vakansiyaları üçün bura keçid edin!

Şirkət: Grand Motors MMC
Vəzifə: Xarici satınalma üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Satınalma Prosesini vaxtında, prosedur və qaydalara uyğun olaraq icra etmək.
- Bazarın təhlili,tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması.
- Ən uyğun təchizatçıların seçimi,yazışmaların və danışıqların aparılması,görüşlərin təşkili.
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması,hazırlanması və həyata keçirilməsinə nəzarət.
- Alışların təsnifata uyğun olmaqla bölgüsünün aparılması, ümumi və təsnifata uyğun aylıq yarım illik və illik olmaqla müəyyən vaxt intervallarında hesabatların hazırlanması, təqdimatı.
- Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi.
- Təchizatçı bazasının yaradılması ve təchizatçıların qiymətləndirilməsi.
- Hesabatların hazırlanması və analizi.

İş şərtləri:

- 6 günlük iş həftəsi
- Ünvan: Binəqədi şossesi, Mədən küçəsi 4
- Əmək haqqının miqdarı namizədin malik olduğu bacarıq və biliklərə görə dəyişir

Maraqlanan namizədlər mövzu yerində “Xarici Satınalma üzrə mütəxəssis” yazmaqla öz CV-lərini hr-cv@grandmotors.az ünvanına göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər interyuya dəvət olunacaqlar.

Namizədə tələblər:

- Ali təhsil;

- Satınalma və təchizat sahəsində ən azı 1 il iş təcrübəsi;

- Analitik və alqoritmik düşünmə qabiliyyəti;

- Texniki sənədlərin tərtibi: vacibdir

- MS Office proqramları

- Komanda şəklində işləmə bacarığı;

- İngilis dili- əla, Rus dili- yaxşı səviyyə

- İşgüzarlıq, operativlik və icra etdiyi işə görə cavabdehlik

Oxşar vakansiyalar

Bakıda işlər

Hellojob.az Azərbaycanda iş axtaranlarla işəgötürənləri bir araya gətirən peşəkar iş elanları platformasıdır. Ən son vakansiyalar, freelancer işlər, təcrübə proqramları və karyera inkişafı üçün faydalı resurslar burada! İş axtarırsan? Hellojob.az sənə ən uyğun iş elanlarını tapmaq, CV-ni yerləşdirmək və birbaşa işəgötürənlərlə əlaqə yaratmaq imkanı verir. Müxtəlif sahələr üzrə vakansiyalar, startap iş imkanları, korporativ şirkət elanları və dövlət sektorunda karyera fürsətləri bir klik uzaqlığındadır. İşəgötürənsiniz? Platformamız vasitəsilə elanlarınızı yerləşdirin, geniş iş axtaran bazasına çıxış əldə edin və ən uyğun namizədləri sürətli şəkildə tapın. Hellojob.az şirkətlərin işə qəbul prosesini optimallaşdıraraq, istedadlı namizədlərlə görüşməyinizi asanlaşdırır.
Daha çox