Lüks pərakəndə satış sektorunun aparıcı şirkəti olan “Italdizain” QSC ”Swarovski”, “Coincasa”, “Xtravaganza”, “Villeroy&boch” butiklərində xəzinədar vakansiyası üzrə işçi axtarışındadır.
Vəzifə öhdəlikləri:
- Brendi mağazada və ondan kənarda təmsil etmək.
- Brend, onun tarixi və fəlsəfəsi haqda biliklərə sahib olmaq.
- Müştərilərlə xidmət və ünsiyyət standartlarına uyğun işləmək.
- Brendin standartları və çeşidi siyasətinə uyğun mağazanın xarici görünüşünə cavabdeh olmaq (merçandayzinq, mağazanın dekorlaşdırılması).
- Müştərilərə xüsusi təkliflər və loyallıq proqramları barədə məlumat vermək.
- Müştəri sifarişləri ilə bağlı sirliliyi təmin etmək, dəyərli əşyaların saxlanılması, göndərilməsi, daşınması və mühafizəsi barədə məlumatı açıqlamamaq.
- Satış həcmlərini artırmaq, alıcılara onların maraqlarına uyğun əlavə məhsulları təklif etmək.
- Kassa ilə iş, kassa ilə əlaqədar sənədlərin və hesabatların hazırlanması.
- Nağd pulla dəqiq işləmək, əskinasların həqiqiliyini daima yoxlamaq.
- Kassa və terminal aparatlarından istifadə etmək.
- Gündəlik nağd pul və terminal çeklərinin bilavasitə mağaza rəhbərinə edilən maddi hesabat əsasında çatdırılması.
- CRM sistemində müştəri bazasının idarə edilməsi və yenilənməsi.
Tələblər:
- Orta, orta ixtisaslaşdırlmış və ya ali təhsil.
- Satış sahəsində təcrübə (üstünlük verilir).
- Azərbaycan və rus dillərini mükəmməl, ingilis dilini orta səviyyədə bilmək.
- Yaxşı ünsiyyət bacarıqları və inandırmaq qabiliyyəti.
- Stressə davamlılıq, məsuliyyət, diqqətlilik, təşəbbüskarlıq və çalışqanlıq.
- Mükəmməl xarici görünüş.
İş şəraiti:
- Rəqabətədavamlı əmək haqqı.
- Peşəkar inkişaf və yüksəliş imkanları.
- Dostluq mühiti və rahat iş şəraiti.