Notice: Undefined variable: urlParent in /home/u930096770/domains/hellojob.az/public_html/app/Process/views_templates/compiles/ae309925db8625125d028ee1d08d5f67.tpl.php on line 74
Hüquqşünas is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Hüquqşünas vakansiyaları üçün bura daxil olun.
Elan № 1021
Hüquqşünas vakansiyaları
Hüquqşünas vakansiyaları
21 Aprel 2020
Elan tarixi
21 May 2020
Bitmə tarixi
21434
Baxılıb
İş barədə məlumat
Vəzifə: Hüquqşünas
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs
İş təcrübəsi: Hüquq sahəsində 1-3 il iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Yaş həddi: 25 - 35 yaş
İşin Təsviri:
Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara əlavə və dəyişikliklərin Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daimi olaraq təkmilləşdirilməsi və şirkət daxilində müqavilə sifarişçilərinin sifarişlərinin yerinə yetirilməsi keyfiyyətinin artırılması istiqamətində təkliflərin verilməsi, maarifləndirmə işinin aparılması;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilə rəsmiləşdirilmə işinin mahiyyətinə aid zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin verilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və türk dilində şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir.
Elan № 1021
Hüquqşünas vakansiyaları
Hüquqşünas vakansiyaları
21 Aprel 2020
Elan tarixi
21 May 2020
Bitmə tarixi
21434
Baxılıb