Mühəndis - mexatronik

Mühəndis - mexatronik is elani

Vaxtı bitmiş

Ə/h razılaşma ilə

Diqqət! Bu elanın vaxtı bitib. Mühəndis - mexatronik vakansiyaları üçün bura daxil olun.

Elan № 1087

Mühəndis - mexatronik vakansiyaları

Mühəndis - mexatronik vakansiyaları

28 Aprel 2020

Elan tarixi

28 May 2020

Bitmə tarixi

1721

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Ə/h razılaşma ilə

Əmək haqqı AZN

Tam-ştat

İş rejimi

Digər

Kateqoriya

İş barədə məlumat

Şirkət: “İDRAK Texnoloji Transfer” MMC
Struktur bölməsi: Konstruktorlar şöbəsi
Vəzifənin adı: Mühəndis-mexatronik
Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Layihə rəhbəri
İş təcrübəsi: Mexatronika, robototexnika, elektronika sahələri üzrə təcrübə

1. VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Mühəndis-mexatronik avtomatlaşdırma, ağıllı sistemlər, ağıllı cihazlar və ya sənaye sistemlərinin idarə edilməsi işlərini araşdırır, dizayn və ya testlərin aparılmasında iştirak edir;
• Sistemin və ya sistemin hissələri üçün montajlar və texniki dizayn sənədlərinin hazırlanması;
• Elektromexaniki, pnevmatik və ya hidravlik qurğular üçün idarəetmə sxemlərini və alqoritmlərin tərtib edilməsi;
• Mexatronik sistemin dizaynına uyğun materialların müəyyənləşdirilməsi və seçilməsi;
• Mövcud istehsal proseslərinin və sistemlərin analizi və təkmilləşdirilməsi;
• Mexatronik dizayn konseptlərini simulyasiya edə bilmək üçün mexaniki modellər və tolerantlıq təhlilinin aparılması;
• Yeni mexatronik avadanlıqların texniki imkanlarını, xərclərini və ya performans üstünlüklərini müəyyənləşdirmək məqsədilə tədqiqatların aparılması;
• Proqram təminatı ilə idarə olunan avadanlıqların diaqnostikası və nasazlığının operativ şəkildə aradan qaldırılması;
• İstehsal avadanlıqlarının saxlanılması, təmiri, modernləşdirilməsi və istismarı tədbirlərinin icrasına nəzarət edilməsi;
• Texnoloji avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi.

2. TƏLƏBLƏR:

• Ali texniki təhsil;
• Proqram təminatı ilə idarə olunan avadanlığın (CNC maşınları, avtomatik xətlər, PLC – Proqramlaşdırılan məntiqi kontroller) təmiri və texniki xidmət sahəsində 1-2 illik təcrübə;
• Çertyojlar və diaqramları oxumaq, sxemə görə elektrik dövrələri yığmaq bacarığı.

3. BİLİK VƏ BACARIQLAR:

• Texniki tapşırıqların verilməsindən, sənədlərin hazırlanmasından və istismara verilməsinə qədər layihələrin təkmilləşdirməsində təcrübə;
• Hidravlik, pnevmatik, kinematik diaqramları oxumaq, hidravlik qurğular, mexaniki və pnevmatik sistemlər üçün komponentlərin təmir prinsiplərini bilmək;
• Hidravlik qurğuların, hidravlik və pnevmatik silindrlərin tənzimlənməsi üsulları (texnikası).

İş vaxtı: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək. İstirahət günləri: şənbə və bazar
Əmək haqqı namizədin bilik, bacarıq və praktiki iş təcrübəsinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq.

Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühəndis-mexatronik” qeyd edərək CV-lərini cv@idrak.az elektron ünvanına göndərməkləri xahiş olunur.

NamİZƏDƏ TƏLƏBLƏR


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Elan № 1087

Mühəndis - mexatronik vakansiyaları

Mühəndis - mexatronik vakansiyaları

28 Aprel 2020

Elan tarixi

28 May 2020

Bitmə tarixi

1721

Baxılıb

Mühəndis - mexatronik vakansiyaları
Seçilmişlərə əlavə et

Укажите причину жалобы на вакансию "Курьер"