Rəqəmsal marketinq üzrə ekspert is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Rəqəmsal marketinq üzrə ekspert vakansiyaları üçün bura daxil olun.
Elan № 1093
Rəqəmsal marketinq üzrə ekspert vakansiyaları
Rəqəmsal marketinq üzrə ekspert vakansiyaları
28 Aprel 2020
Elan tarixi
28 May 2020
Bitmə tarixi
1044
Baxılıb
İş məlumatları
İş barədə məlumat
“ABB” ASC Marketinq departamentinə Rəqəmsal marketinq (Influencer/Affiliate) üzrə ekspert vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
Influencer əsaslı kampaniyaların yaradılması, icrası, izlənilməsi və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Affilate əsaslı kampaniyaların yaradılması, icrası, performanslara nəzarət və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Google və Facebook Analytics-də kampaniyalar üzrə goal-ların yaradılması, funnel-ın qurulması və izlənməsi, həmçinin müvafiq olaraq hesabatların hazırlanmasını təmin etmək;
Fəaliyyətlər üzrə dashboardlar-ın qurulması.
Bizim üçün ideal namizəd:
Rəqəmsal marketinq sahəsində minimum 3 il iş təcrübəli;
Affilate və performans əsaslı kampaniyaların yaradılması və idarəsi üzrə təcrübəsi olan;
İzləmə texnologiyasını (tracking technology) tam başa düşən;
Google və Facebook Analytics üzrə biliklər – kampaniyalar üzrə goal-ların yaradılması, funnel-ın qurulması və izlənmə məntiqini tam olaraq bilən;
Influencer əsaslı kampaniyaların yaradılması və icrası ilə bağlı təcrübəsi olan;
UTM link məntiqini tam anlayanı və kampaniyalara uyğun olaraq tracking linklərini qurmağı bacaran şəxsdir.
Rəqəmsal marketinq və ya SMM agentliklərdə iş təcrübəsinin olması əlavə üstünlükdür.
Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 15 may 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Rəqəmsal marketinq (Ifluencer/Affiliate) üzrə ekspert” şəklində göstərilməsi xahiş edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Elan № 1093
Rəqəmsal marketinq üzrə ekspert vakansiyaları
Rəqəmsal marketinq üzrə ekspert vakansiyaları
28 Aprel 2020
Elan tarixi
28 May 2020
Bitmə tarixi
1044
Baxılıb