Analitika üzrə mütəxəssis is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Analitika üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.
Elan № 1160
Analitika üzrə mütəxəssis vakansiyaları
Analitika üzrə mütəxəssis vakansiyaları
04 İyun 2020
Elan tarixi
04 İyul 2020
Bitmə tarixi
1027
Baxılıb
İş məlumatları
İş barədə məlumat
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Tranformasiya Ofisi Hesabatlıq və Analitika üzrə mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
Bankın Transformasiya proqramı çərçivəsində mövcud təşəbbüslərinin həyata keçirilməsini Hesabatlıq və Analitika bölümü ilə birlikdə təmin etmək. Təşəbbüslərin həyata keçirilməsi zaman üzrə çıxan maneələri müəyyən etmək və onların aradan qaldırılmasını təmin etmək;
Təşəbbüslərin həyata keçirilməsi məqsədilə Hesabatlıq və Analitika bölümünə koordinasiya, təcrübə, ideya və məzmun dəstəyi vermək;
Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi Hesabatlıq və Analitika bölümü ilə razılaşdırılmış halda öz üzərinə götürmək, belə təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;
Daxil olan sorğuları cavablandırmaq; fəaliyyətinin nəticələri barədə müvafiq hesabatları təqdim etmək, fəaliyyəti dövründə əmələ gələn digər vəzifələri yerinə yetirmək.
Bizim üçün ideal namizəd:
İqtisadiyyat və ya riyazi ali təhsili olan;
Yüksək səviyyədə SQL ilə işləyə bilən;
Advanced Excel biliyi olan;
Baş mütəxəssis pozisiyası üçün vizuallaşdırma proqramlarından biri ilə işləməyi bacaran: Tableau, Power BI, Qlicksense;
Hesabatlıq və təhlil üzrə minimum 2 il təcrübəsi (mütəxəssis pozisiyası üçün)/ 3 il (baş mütəxəssis pozisiyası üçün) olan;
Yüksək təhlil bacarıqları olan bir şəxsdir.
Axtardığımız namizəd Sizsinizsə, CV-nizi cv_transformationoffice@ibar.az elektron ünvanına 22.06.2020 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "TO Hesabatlıq və Analitika üzrə mütəxəssis" və ya "TO Hesabatlıq və Analitika üzrə baş mütəxəssis")
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Əlavə məlumat üçün: www.ibar.az
OXŞar vakansİYALAR
Əməliyyatlar üzrə mütəxəssis (Masallı)
Kontakt Home
Daxili nəzarət üzrə mütəxəssis
PASHA Property Management
Sayım üzrə mütəxəssis
Karaca
Xəzinədar
Missiya Təhsil Şirkəti
Auditor
Bank of Baku
Mikromaliyyələşdirmə üzrə mütəxəssis (Middle office) - Əcəmi filialı
Unibank ASC
Elan № 1160
Analitika üzrə mütəxəssis vakansiyaları
Analitika üzrə mütəxəssis vakansiyaları
04 İyun 2020
Elan tarixi
04 İyul 2020
Bitmə tarixi
1027
Baxılıb