Qrafik Dizayner is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Qrafik Dizayner vakansiyaları üçün bura daxil olun.
Elan № 119
Qrafik Dizayner vakansiyaları
Qrafik Dizayner vakansiyaları
07 May 2019
Elan tarixi
06 İyun 2019
Bitmə tarixi
908
Baxılıb
İş məlumatları
İş barədə məlumat
"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.
“Optimal Elektronika” MMC-nin tərkibində fəaliyyət göstərən “GENTLEMAN” multi-brend geyim mağazası 1996-cı ildən fəaliyyət göstərir. Mağaza İtaliya, Ukrayna, Moldova, Yunanıstan və digər ölkələrin brend geyimlərinin Azərbaycanda satışı ilə məşğuldur. Şirkətimiz ingiltərənin M&CO brendinin Azərbaycanda və Qafqazda yenganə frençayzinq partnyorudur. M&Co mağazası Optimalın Nizami (Tarqovıy) filialının ikinci mərtəbəsində yerləşir. Əlavə məlumat üçün www.mandco.az və www.optimal.az linkinə tıklaya bilərsiniz.
"Optimal Elektronika" MMC davamlı olaraq inkişafı üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların karyera inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin qaldırılması yönümdə fəal iş aparır.
Niyə məhz Optimal?
- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!
Vakansiya: Qrafik dizayner
Tələblər:
• Təhsil: Ali və ya orta;
• Dizayn sahəsində minumum iki il təcrübəsi olmalıdır;
• Azərbaycan dilini səlist bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
• Yüksək səviyyəli kompüter bilikləri: Adobe PhotoShop, Adobe Corel Draw, Illustrator proqramlarını mükəmməli bilməli, Adobe Acrobat, Autocad, 3DS Max kimi qrafik proqramlarda işləmək bacarığının olması üstünlükdür;
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
Əsas vəzifələr:
• Sosial Şəbəkələr üçün posterlərin hazırlanması;
• Print, pre-print işlərinin tərtibatı və hazırlanması;
• Dizayn üzrə verilən texniki tapşırıqların yerinə yetirilməsi;
Biz Sizə təklif edirik:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 5 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Dizayner” qeyd edərək öz CV-lərinizi recruitment@optimal.az elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son tarix: 06.06.2019
Elan № 119
Qrafik Dizayner vakansiyaları
Qrafik Dizayner vakansiyaları
07 May 2019
Elan tarixi
06 İyun 2019
Bitmə tarixi
908
Baxılıb