Maddi vəsaitlər üzrə mütəxəssis is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Maddi vəsaitlər üzrə mütəxəssis vakansiyaları üçün bura daxil olun.
Elan № 1246
Maddi vəsaitlər üzrə mütəxəssis vakansiyaları
Maddi vəsaitlər üzrə mütəxəssis vakansiyaları
05 İyun 2020
Elan tarixi
05 İyul 2020
Bitmə tarixi
1188
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Vəzifə: Maddi vəsaitlər üzrə mütəxəssis
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il iş təcrübəsi
Təhsil: Ali (Mühasibatlıq, ümumi iqtisadiyyat üzrə nəzəri biliklərə malik olmalı)
Yaş həddi: 22 - 30 yaş
Vəzifə öhdəlikləri:
- Yeni alınmış vəsaitləri sistemə daxil etmək və hər bir vəsaitə müvafiq kod təyin etmək;
- Alınmış əsas vəsaitlər üçün istismar müddəti və amortizasiya faizini qəbul olunmuş standartlara əsasən təyin etmək, vəsaitlər haqqında məlumatları sistemə daxil etmək;
- Əsas vəsaitlərin cari (3 aydan bir), illik (il sonu) və növbədənkənar inventarizasiyasını aparmaq və vəsaitlərdən məsul şəxslərə akt şəklində təhvil vermək;
- Əsas vəsaitləri onların sistemdəki koduna uyğun olaraq barkodlamaq;
- Dəftərxana, promosyon, təsərrüfat, vitrin və əsas vəsait anbarında aylıq sayımlar həyata keçirmək, nəticələri barədə birbaşa rəhbərinə və mühasibatlıq şöbəsinə məlumat vermək;
- Əsas vəsaitlər üzrə yerdəyişmələrə nəzarət etmək, hər bir yerdəyişmə üzrə təhvil-təslim aktı tərtib etmək;
- İstifadəsiz vəsaitlər barədə aylıq olaraq aparıcı mütəxəssisə məlumat vermək;
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Logo Tiger və ya digər ERP proqram bilikləri;
- Hesabat və təqdimat bacarıqları;
- Tapşırıqların yerinə yetirilməsində operativ, məsuliyyətli olmalı;
- Komanda ruhuna malik, həvəsli və enerjili olmaq;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maddi vəsaitlər üzrə mütəxəssis” yazaraq CV göndərməklə müraciət edilir.
Elan № 1246
Maddi vəsaitlər üzrə mütəxəssis vakansiyaları
Maddi vəsaitlər üzrə mütəxəssis vakansiyaları
05 İyun 2020
Elan tarixi
05 İyul 2020
Bitmə tarixi
1188
Baxılıb