“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir. “FINCA Azerbaijan” QBKT daxili və xarici müştərilərə hüquq xidmətinin göstərilməsi işinin daha da təkmilləşdirilməsi eləcə də, fəaliyyət şəbəkəsinin böyüməsi, yeni filial və ofislərin yaradılmasına ilə əlaqədar olaraq artan zərurətin təmin edilməsi məqsədi ilə BAŞ OFİSİNƏ KİÇİK HÜQUQŞÜNAS vəzifəsinə müvafiq təcrübəyə, bacarığa və qabiliyyətə malik işçi axtarır. Əsas vəzifə və öhdəliklər: • Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək; • Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək; • Zərurət oldğuqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək; • Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək. Tələblər: • Hüquq üzrə bakalavr dərəcəsi; • İş təcrübəsi tələb edilmir; • Mülki, xüsusi ilə bank sahəsi üzrə qanunvericiliyi mükkəməl bilmək; • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyətinə malik olmaq; • Rus və ya İngilis dilində orta danışıq və yazı qabiliyyətinə malik olmaq üstünlükdür; • Regionlara səfər etmək imkanına malik olmaq; • MS Office proqramlarını yaxşı bilmək; • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri. Ərizələrin son qəbul tarixi 15 Fevral 2020-ci ildir. Müraciət edənlər recruitment@fincaazerbaijan.com elektron ünvanına mövzu hissəsində KİÇİK HÜQUQŞÜNAS qeyd etməklə öz ərizə formalarını göndərə bilərlər. Əks təqdirdə ərizələr nəzərdən qaça bilər! |