Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vakansiyaları üçün bura daxil olun.
Elan № 663
Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vakansiyaları
Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vakansiyaları
04 Fevral 2020
Elan tarixi
05 Mart 2020
Bitmə tarixi
1304
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Vakansiyanın adı: Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Cəmiyyətin strateji, taktiki və investisiya planlarının hazırlanması və ya təhlil edilməsi;
• Cəmiyyətin maliyyə vəziyyətinin qiymətləndirilməsi;
• Maliyyə mənbələrinin axtarılması, qiymətləndirilməsi və təkliflərin hazırlanması;
• Maliyyə modellərinin hazırlanması və təhlili;
• Cəmiyyətin maliyyə pozisiyasının təhlili və optimallaşdırma təkliflərinin hazırlanması;
• Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi;
• Cəmiyyətdə həyata keçirilən iri layihələrin icrası ilə bağlı monitorinqin aparılması.
• Cəmiyyətin fəaliyyətinin iqtisadi səmərəliliyini təhlil etmək və səmərəliliyin artırılması üçün müvafiq təkliflər vermək.
• Yerli və beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
• Müxtəlif peşə (ACCA, CPA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır;
• Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, maliyyə, uçot və audit yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
OXŞar vakansİYALAR
Kassir
Supertoys MMC
Kassir
Balique.az
Full Stack Developer in CRM and BPM Development Unit
AccessBank
IFRS üzrə Aparıcı Mütəxəssis
AccessBank
Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis
BOA Agency
Korporativ satış üzrə Mütəxəssis
Mega Həyat Sığorta
Kassir
Superbox MMC
Xəzinədar
GL ASC
Məhsulların qəbulu və bölgüsü üzrə mütəxəssis (Naxçıvan)
Kontakt Home
Baş Mühasib
ATA PACK
Təcrübə proqramı
Aladdin Holding
AML və Monitorinq üzrə Baş mütəxəssis
PASHA Bank
Elan № 663
Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vakansiyaları
Strategiya və biznesin inkişafı üzrə baş mütəxəssis vakansiyaları
04 Fevral 2020
Elan tarixi
05 Mart 2020
Bitmə tarixi
1304
Baxılıb