Korporativ Katib is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Korporativ Katib vakansiyaları üçün bura daxil olun.
Elan № 71
Korporativ Katib vakansiyaları
Korporativ Katib vakansiyaları
03 May 2019
Elan tarixi
02 İyun 2019
Bitmə tarixi
1164
Baxılıb
İş məlumatları
İş barədə məlumat
“North West Construction” MMC Azərbaycanın və regionun inşaat, sənaye və investisiya sahələrində fəaliyyət göstərən aparıcı şirkətlərindəndir. Şirkət müxtəlif təyinatlı bina, tikili, mexanik-elektrik sistemləri, fasad sistemləri, su-kanalizasiya və suvarma sistemləri, hidrotexniki quruğular, yol infrastrukturu eləcə də yeraltı və yerüstü nəqliyyat infrastrukturu həmçinin sənaye obyektlərinin inşaatı, quraşdırılması və mühəndisliyi sahəsində Azəbaycan və daha dörd ölkədə fəaliyyət göstərir. Şirkət və onun fəaliyyətləri haqqında daha geniş məlumatı korporativ saytdan əldə etmək olar: www.nwconstruction.com
Vəzifə: Korporativ Katib
Vəzifə Funksiyaları:
• Protokolların, məktubların, arayışların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi;
• Korporativ sənəd dövriyyəsinin uçotu, qeydiyyatı və elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
• Korporativ sənədlərinin vahid arxivinin, həmçinin onun elektronlaşmasının təkmilləşdirilməsi və sistemləşdirilməsi;
• Məktubların, əmrlərin və rəhbərliyin göstərişlərinin qeydiyyatının aparılması və icralarına nəzarətin edilməsi;
• İş proseslərinin qeydiyyatının və koordinasiyasının aparılması və təşkili;
• Korporativ sənədləşmə və sənəd dövriyyəsinə dair qabaqcıl standartların və effektiv proseslərin tətbiqinin təşkili;
• İşin mahiyyətindən irəli gələn rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Kvalifikasiya və Səriştələr:
• Ali təhsil (hüquq, filologiya, jurnalistika və ya social elmlər istiqamətində arzuolunandır);
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti;
• Rus və İngilis dillərində peşəkar danışıq və yazı qabiliyyəti;
• Yüksək kommunikasiya, təşkilatçılıq, təqdim etmə və yazılı ünsiyyət qurmaq bacarığı;
• Yüksək etik davranış və korporativ mədəniyyət keyfiyyətlərinə malik olmalıdır;
• Korporativ mühitə bələd olmalıdır;
• Korporativ katiblik və ya əlaqəli sahələrdə azı 3 il iş təcrübəsi;
• Windows Office və Outlook proqramlarında işləmək bacarığı;
• İnternet resurslarını çalışdırmaq və effektiv axtarış aparmaq bacarığı;
• Məsuliyyətli, məhsuldar, ünsiyyətçil, nəzakətli, təmkinli, detallara diqqətli, yaradıcı və təşəbbüslü olmalıdır.
Müraciət müddəti: 15 may 2019-cu il, saat 18.00-dək
Müraciət qaydası:
Maraqlı şəxs:
• Tərcümeyi-halını (CV-sini) cv@nwconstruction.com və hr@nwconstruction.com elektron ünvanlarına göndərməlidir;
• Elektron məktubun mövzusunda “Koporativ Katib” sözlərini qeyd etməlidir;
• Namizədliyini göstərilən tələblərə uyğun şəkildə dəstəkləyən istənilən digər sənəd və materialları CV-si ilə birgə təqdim edə bilər.
Müraciətlərə baxılması qaydası:
İşəgötürən:
• öz mülahizəsinə əsasən uyğun bildiyi və müəyyən edilmiş qaydada müraciət etmiş namizədi şifahi müsahibəyə dəvət edəcəkdir;
• uyğun gördükdə müvafiq namizədi təkrar müsahibəyə və/və ya sınağa dəvət edəcəkdir;
• uyğun gördüyü namizədi seçəcək və iş təklifini verəcəkdir.
Əsas əmək şərtləri:
• Seçilən namizəd ilə qanunvericiliyə uyğun olaraq sınaq müddəti ilə əmək müqaviləsi bağlanılacaqdır;
• Əmək haqqı qarşılıqlı razılaşma şəklində müəyyən olunacaqdır;
• İş vaxtı: Bazar ertəsi-Cümə günləri (5 gün), saat 09.00-dan-18.00-dək;
• İş yeri: Bakı ş., Azərbaycan.
OXŞar vakansİYALAR
Çağrı mərkəzi mütəxəssisi
BATIGÖZ
Təlimçi
Bakı Nitq Mərkəzi MMC
Təchizat üzrə uçotçu
“Fortis Group” MMC
Mağaza rəhbəri
Saloglu Mebel
Çağrı mərkəzi operator
AV Trading MMC
Biznes analitik üzrə təcrübəçi
SİESCO
Çilingər
SAFE METAL KONSTRUKSİYA
Qeydiyyatçı
Global Group MMC
Call-Center Operator
AV Trading MMC
Asistent
Global Builders & Realtors UNTIY
Elan № 71
Korporativ Katib vakansiyaları
Korporativ Katib vakansiyaları
03 May 2019
Elan tarixi
02 İyun 2019
Bitmə tarixi
1164
Baxılıb