Marketinq müdiri is elani
Vaxtı bitmiş
Diqqət! Bu elanın vaxtı bitib. Marketinq müdiri vakansiyaları üçün bura daxil olun.
Elan № 840
Marketinq müdiri vakansiyaları
Marketinq müdiri vakansiyaları
24 Fevral 2020
Elan tarixi
25 Mart 2020
Bitmə tarixi
977
Baxılıb
İş məlumatları
İş barədə məlumat
Fəaliyyətinə başladığı gündən etibarən insanların rahatlığını düşünən “Melissa Group” tikinti şirkəti 2000-ci ildən etibarən inşaat sektorunda inamlı addımlarla irəliləməkdədir.
Hal-hazırda “Melissa Group”da yeni vakansiya mövcuddur:
Vəzifə: marketinq müdiri
İş qrafiki: saat 09:00-dan 18:00-dək
İş yeri: Bakı şəhəri
Vəzifəyə dair tələblər:
- Marketinq strategiyasının və büdcə planlamasının işlənib hazırlanması, analitik təhlillərin aparılması, proqnozların verilməsi, strategiyanın yerinə yetirilməsinin təmin edilməsi;
- Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq komandasına strateji istiqamətin təyin edilməsi;
- Marketinq komandasının hədəflərinin təyin edilməsi və təqib olunması;
- Bazar mövqelənməsinin təyin olunması və bu istiqamətdə işlərin təşkil edilməsi;
- Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmalarının aparılması, bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Şirkətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
- Yeni bazar seqmentinə çatmaq və bazar payının genişlənməsinin təmin edilməsi;
- Marka mesajının doğru kommunikasiya kanalları vasitəsi ilə hədəf kütləyə çatdırılmasının təmin edilməsi;
- PR, reklam, təqdimat işlərinin, xüsusi layihələr və tədbirlərin təşkili və həyata keçirilməsinə nəzarət edilməsi;
- Partnyorlarla daim ünsiyyətdə olması və onlardan promo kampaniyaların keçirilməsi üçün dəstəyin əldə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketinq fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Qiymət strategiyasının işlənib hazırlanması;
- Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi, analitik təhlillərin aparılması;
- Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
- Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi, ;
- Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
Əmək haqqı 2000-3000 manat (əməkhaqqı müsahibənin nəticəsinə əsasən müəyyən oluna bilər)
Namizədə olan tələblər:
- Marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin bakalavr və ya maqistr təhsilinin olması;
- Marketinq sahəsində azı 5 il, marketinq rəhbəri vəzifəsində isə azı 3 il iş təcrübəsinin olması;
- Marketinq və bazar araşdırmaları haqqında dərin biliyə malik olması;
- Marketinq fəaliyyətində effektiv nailiyyətlərə malik olması;
- Rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət qurma bacarığının olması;
- Lüks sektorda marketinq rəhbəri vəzifəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.
CV-lərinizi hr@melissagroup.az ünvanına "marketinq müdiri" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Elan № 840
Marketinq müdiri vakansiyaları
Marketinq müdiri vakansiyaları
24 Fevral 2020
Elan tarixi
25 Mart 2020
Bitmə tarixi
977
Baxılıb