Mobiloqraf üzrə təcrübəçi

Mobiloqraf üzrə təcrübəçi

Düşüncə Academy MMC

Vaxtı bitmiş

Diqqət! Bu elanın vaxtı bitib. Mobiloqraf üzrə təcrübəçi vakansiyaları üçün bura daxil olun.

Elan № 16624

Mobiloqraf üzrə təcrübəçi vakansiyaları

Mobiloqraf üzrə təcrübəçi vakansiyaları

18 Fevral

Elan tarixi

29 Mart

Bitmə tarixi

3464

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Mobiloqraf

Vəzifə

1 ildən az

İş stajı

Təcrübəçi

İş rejimi

Marketinq

Sahə

SMM

Kateqoriya

İş barədə məlumat

Azərbaycanda Amerika yatırım mədəniyyətini və maliyyə savadlılığını ölkəmizə gətirən Düşüncə Academy MMC Mobiloqraf üzrə təcrübə proqramı elan edir. Təcrübə proqramı 3 ay müddətində nəzərdə tutulub.

Təcrübə proqramları adətən tələbələrə məzun olmadan əvvəl seçdikləri sahələr üzrə təcrübə qazanmaq imkanları vermək üçün nəzərdə tutulur.Tələbə dəyərli öyrənmə təcrübəsi qazanır və təşkilat tam zamanlı məşğulluq təklifi verməzdən əvvəl təcrübəçinin fəaliyyətini müşahidə etmək şansından faydalanır.

Düşüncə Academy MMC-nin missiyası, istedadlı tələbə gənclərin işsizliyi problemini həll edib,onlara gələcəyi böyük innovativ startuplarımızda işçi kimi yox öz işi kimi təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Qeyd edək ki Düşüncə Academy komandasının böyük hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Mobiloqraf üzrə təcrübəçi nə iş görür?

  • Telefon olmasa şirkət tərəfindən ayrılan mobil telefon və lazımi aksesuarlar vasitəsilə günlük çəkilişlər edib montaj etməli
  • Çəkiliş üçün məhsulu detallı öyrənib ideyalar verməyi bacarmalı
  • Montaj etdiyi videolar trendə keçidlərə və musiqilərə uyğun seçilməli
  • Bayağı, maraq oyatmayan videolar çəkərək say xatirinə iş görməməli
  • Capcut və bunun kimi sadə toolarda sürətli iləməyi bacarmalı
  • Adobe After effects, premier pro ilə işləmə bacarığı olanlara üstünlük verilir.


NAMİZƏDƏ TƏLƏBLƏR

  • Məsuliyyətli və işinə həvəsli
  • Kreativ və yenilikçi
  • Şəxsi telefon olması üstünlükdür.
  • Minimum 1 il aktiv iş təcrübəsi (SMM, Marketinq sahəsində və ya həvəskar)
  • Azərbaycan dilinin qrammatik və leksik qaydalarını bilməli
  • Rus və ya inglis dili bilənlərə üstünlük verilir.
  • SMM sahəsində Portfolio olması üstünlükdür.
  • Ən əsası pozitiv şəxs olmalıdır
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli və dəqiq;
  • Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
  • Komandada işləmək, Kommunikasiya və ünsiyyət bacarıqları;
  • Analitik yanaşma və təhlil;
  • Problem həll etmə bacarıqları;
  • Təqdimat bacarıqları;
  • Vaxt idarəetmə bacarıqları;
  • Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
  • Yüksək səviyyədə motivasiya və həvəsli olma, eləcə də sürətlə oyrənmə bacarığı;

Bazar ertəsi – Cümə: Iş qrafiki sərbəstdir.

Zəhmət olmasa CV-nizi mövzu hissəsində "Mobiloqraf ” qeyd etməklə dusuncetedrismerkezi@gmail.com e-mail ünvanına göndərəsiniz.Qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 


Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Diqqət! Heç bir halda işəgötürənin sizdən ödəniş tələbinə əməl etməyin!

Elan № 16624

Mobiloqraf üzrə təcrübəçi vakansiyaları

Mobiloqraf üzrə təcrübəçi vakansiyaları

18 Fevral

Elan tarixi

29 Mart

Bitmə tarixi

3464

Baxılıb

Укажите причину жалобы на вакансию "Курьер"