Diqqət! Bu elanın vaxtı bitib. Layihə meneceri vakansiyaları üçün bura daxil olun.

Elan № 7692

Layihə meneceri vakansiyaları

Layihə meneceri vakansiyaları

29 Yanvar 2022

Elan tarixi

28 Fevral 2022

Bitmə tarixi

3116

Baxılıb

İş məlumatları

Bakı

Şəhər

Layihə Meneceri

Vəzifə

1 ildən 3 ilə qədər

İş stajı

Tam-ştat

İş rejimi

Müxtəlif

Sahə

Menecment

Kateqoriya

İş barədə məlumat

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası Layihə meneceri vakansiyası elan edir.


Komandamıza qoşulmaqla uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəksiniz.


Əsas vəzifə və öhdəliklər:

  • Layihənin müxtəlif mərhələlərində işin təşkilinin həyata keçirilməsi;
  • Layihəni uğurla başa vurmaq üçün bütün fəaliyyətləri detallı şəkildə müəyyən edən və ardıcıllığı təyin edən iş planının hazırlanması;
  • Layihənin tələb olunan keyfiyyətdə vaxtında, büdcə və layihənin iş həcmi çərçivəsində yerinə yetirilməsini təmin etmək;  
  • İşin həcmini və məqsədlərini bütün layihə tərəfdaşlarını cəlb edərək irəli aparmaq; 
  • Layihə təkliflərinin hazırlanması və donorların axtarılması;
  • Resursların yetərliliyini və paylaşdırılmasını təmin etmək;
  • Layihənin cədvəlini, proqramını rəhbərliklə birlikdə və eləcə də layihənin fəaliyyətinin təsir edəcəyi digər heyət üzvləri ilə nəzərdən keçirmək;
  • Layihə tərəfdaşları və faydalananlar arasında münasibətləri tənzimləmək; 
  • Layihə risklərini azaltmaq məqsədilə risklərin idarə edilməsi; 
  • İşin icrasına nəzarət etmək və yaranacaq problemlərin aradan qaldırılmasını təmin etmək;
  • Səmərəliliyin artırılması məqsədilə ilə yeni təkliflər vermək;
  • Fəaliyyətə uyğun dövri hesabatların hazırlanmasında iştirak etmək

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “Layihə meneceri” qeyd etməklə vacancy@kobska.az elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Müraciət üçün son tarix: 5 fevral, 2022

Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) sahibkarların maarifləndirilməsi, inkişaf etdirilməsi, müasir səriştələrin aşılanması, şəbəkələşmə, mübadilə və kommunikasiya, habelə beynəlxalq təcrübənin tətbiqi üçün vahid platforma ilə çıxış etmək iddiasını əks etdirir. Assosiasiyanın əsas məqsədi ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir.

KOBSKA haqqında ətraflı məlumat üçün www.kobska.az saytına daxil olun.

NamİZƏDƏ TƏLƏBLƏR

Tələb olunan bilik və bacarıqlar:

  • Layihələrin idarə olunması və idarəetmə sahəsində minimum 1 illik iş təcrübəsi;
  • Azərbaycan dilində effektiv şifahi və yazılı ünsiyyət bacarıqları (ingilis və rus dilləri arzuolunandır);
  • MS Office proqramlarında müstəqil şəkildə işləmə bacarığı;
  • Yeni ideyalara malik olma və təşəbbüskarlıq;
  • İşgüzar münasibətlərin qurulması və danışıqların aparılması bacarığı;
  • Güclü araşdırma, analitik yanaşma və təhlil;
  • Komandada işləmək bacarığı;
  • Müxtəlif biznes sektorları haqqında məlumatlılıq və anlayışın olması;
  • Kommunikasiya və satış bacarıqları;
  • Güclü təşkilatçılıq və liderlik bacarıqları;
  • Punktuallıq və detallara qarşı diqqət;
  • Çeviklik və sıx qrafiklərdə yüksək performans;
  • Vaxtın səmərəli idarəsi və müəyyən edilən son tarixlərə riayət edilməsi;

İş şərtləri:

AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək, Şənbə günləri 10:00- 13:00-dək  
Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.


    Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!


    Daha çox Menecment vakansiyaları isbu.az-da - Axtardığın işbu!

    Elan № 7692

    Layihə meneceri vakansiyaları

    Layihə meneceri vakansiyaları

    29 Yanvar 2022

    Elan tarixi

    28 Fevral 2022

    Bitmə tarixi

    3116

    Baxılıb

    Укажите причину жалобы на вакансию "Курьер"