Smart Electronics 2016-cı ildən fəaliyyətə başlamış, 150-dən çox elektronik məhsulun Azərbaycanda satışını həyata keçirən biznes şirkətidir. Şirkət Azərbaycana müxtəlif növ elektronik məhsulların münasib qiymətlər və razılaşmalı kredit şərtləri ilə gətirilməsini və ölkədə satışını həyata keçirir. Münasib qiymət strategiyası və kreditləşmə şərtləri ilə şirkət, bazarda hədəflənən alıcı kütləsinin diqqətini qısa müddət ərzində cəlb etmiş və məhsulların kütləvi satışına başlanmışdır. Şirkət fəaliyyətinin ilk 4 ilini Smart Telecom brend adı altında və satışlarının yüksək payını smartfon və planşetlərin hissə-hissə ödəmə və nəğd satışları üzərindən aparmışdır. 2020-ci ildən etibarən satış sahəsini komputerlər, printerlər, ofis avadanlıqları, məişət əşyaları, mətbəx robotları və elektronik texniki avadanlıqlarla daha da genişləndirən şirkət brend adını Smart Electronics olaraq dəyişdirmişdir. Şirkət daha sonra e-commerce xidmətlərinin inkişafı üçün yenilənmiş www.smartelectronics.az vebsaytını istifadəyə təqdim etmişdir. Şirkət Azərbaycanın 4 ən öndə gələn bankları olan Kapital Bank, Azərbaycan Beynəlxalq Bankı, Unibank və Bank of Baku bankları ilə maliyyə partnyorluğu çərçivəsində taksit kartları üzərindən riteyl əməliyyatlarının həyata keçirilməsinə başlamışdır. Taksit kartları ilə bazarda ən uzunmüddətli taskit satış strategiyası ilə Smart Electronics öz müştəri kütləsini qısa zamanda çox böyük sayda artırmışdır. “Smart Electronics” şirkəti məhsul satışını hazırda 3 satış nöqtəsi / filialı (hər birinin sahəsi orta hesabla 130-150 kv.m təşkil edir) vasitəsi ilə həyata keçirir. İlkin olaraq 2017-ci ildə “28 May” filialı açılmış, daha sonra isə 2019-cu ildə açılmış “Neftçilər” filialı və 2020-ci ildə “Əhmədli” filialı açılmışdır. “Smart Electronics” şirkəti yürütdüyü münasib qiymət strategiyası və kreditləşmə şərtləri ilə, bazarda hədəflənən alıcı kütləsinin diqqətini qısa müddət ərzində cəlb etmiş və məhsulların kütləvi satışına başlamışdı. Şirkət brend məhsullarının bazarda reklam olunması istiqamətində onun təsir dairəsinin genişləndirilməsi və məhsul satışının artırılması aktiv şəkildə təşkil olunmuşdur. Bu strategiya çərçivəsində şirkətin fəaliyyət göstərdiyi sektorda marketinq siyasətini rəqiblərdən fərqli olaraq virtual, sosial-media reklamları ilə yanaşı canlı marketinq və resurs reklamı vasitələri ilə həyata keçirir. “Smart Electronics” şirkəti beynəlxalq keyfiyyət standartlarını ölkəmizdəki şərait və qanuna uyğun birləşdirərək 150-dən artıq elektronika və məişət texnikası məhsulların satışını həyata keçirir. Məhsul təsnifatına mobil telefonlar, o cümlədən, smartfon və planşetlər, böyük məişət texnikaları (soyuducu, soba, paltaryuyan, qabyuyan, kondisioner, kombi və s.), televizor və audio sistemlər, kompyuter və ofis avadanlıqları, kiçik məişət texnikaları (ütü, mini soba, çaydan, şirə çəkən, mikser, blender və s.) və aksesuar və idman avadanlıqlarını (velosiped, oyun konsolları, trenajor çeşidləri və s.) aid etmək olar. “Smart Telecom” MMC hazırda Samsung C&T Corporation və Xiaomi şirkətlərinin rəsmi nümayəndəsidir. Hazırda LG , ACER , Lenovo, Asus , Hotpoint, Bosch, Demirdöküm, JBL, BASEUS kimi bir çox tanınmış markanın Azərbaycanda rəsmi satış nöqtəsi kimi bazarda pay sahibi olan Smart Electronics şirkəti tezliklə daha böyük məhsul bazası və regionlar üzrə satış nöqtələrinin artırılması ilə ən yüksək xidmət platforması və elektron ticarət platformasına çevrilməyi planlaşdırır. FB : https://www.facebook.com/smartelectronicscompanyazerbaijan İnstagram : https://www.instagram.com/smartelectronics.azerbaijan/
Smart Electronics
Vaxtı bitmiş vakansiyalar
Satış mütəxəssisi
Smart Electronics
28 Noy 2022
2417
400 - 800 AZN
Satış üzrə mütəxəssis
Smart Electronics
18 Apr 2022
3161
400 - 1300 AZN
Satış üzrə mütəxəssis
Smart Electronics
14 Mar 2022
5346
400 - 1300 AZN
Satış mütəxəssisi
Smart Electronics
23 Fev 2022
5385
400 - 1300 AZN
Satış mütəxəssisi
Smart Electronics
10 Yan 2022
3581
400 - 1000 AZN
Satış mütəxəssisi
Smart Electronics
30 İyul 2021
6163
400 - 1500 AZN